Yuxarı

Davos İqtisadi Forumu: Prezidentin inanılmaz hədəfləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davosda ənənəvi qaydada bu il 23-26 yanvarda keçiriləcək və sayca 48-ci olacaq forum mühüm beynəlxalq iqtisadi və siyasi əhəmiyyətə malikdir. Forumda ABŞ prezidenti ilə yanaşı, böyük yeddilərə daxil olan ölkələrin rəhbərləri, həmçinin yüzdən artıq transmilli əsas təsisçi şirkətlərin nümayəndələri, 3400-dən artıq beyin mərkəzi və siyasi institutlar, QHT, elm sferasının nümayəndələri iştirak edəcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili qarşıdakı sammitdə yenə son dərəcə əhəmiyyətli müzakirələrin aparılacağını vurğulayıb:

“Davos dünya miqyasında alınan mühüm siyasi, iqtisadi qərarlar üçün mərkəz rolunda çıxış edə bilir. Bildiyiniz kimi, birgə gələcəyin qurulması ilə bağlı mövzular seçilib. Adətən Davos İqtisadi Forumunu yoxsulluq məsələrini deyil, daha çox dünyadakı nəhəng şirkətlərin mənafelərini ortaya qoymaqda qınayırlar. O üzdən də mövzular sırasında cəmiyyətlərdə qütbləşmənin qarşısının alınması, konfliktlərin çözümü, IV sənaye inqilabının nəticələrinin ölkələrə tətbiqi və s. məsələlər olacaq. Şübhəsiz, Azərbaycan prezidenti bu tədbirlərdə hər zaman iştirak etməklə sözügedən mühüm tribunadan ölkəsinin mənafeyini uğurla təmsil edir, yaxşı tərəfdaşlar qurmaq, investisiyalar cəlb etmək, həmçinin ölkəmizin mövqeyini orada ifadə etmək baxımından yararlanır. Bu, xarici siyasət hədəflərimizə nail olmaqda əhəmiyyətli addım kimi xarakterizə edilə bilər. Əlbəttə, dünyada müxtəlif xarakterli tədbirlər keçirilir, ancaq İsveçrənin bu şəhəri dünyanın ən qızğın siyasi məsələləri üçün də meydan ola bilir”.

Millət vəkili bildirib ki, Azərbaycan Davosda çox mühüm məsələləri ortaya qoyacaq:

“Ölkə rəhbərinin sonuncu müşavirədə söylədiyi kimi, Bakı-Tiflis-Qars layihəsi bir çox dövlətlərin diqqətini cəlb edir. Əminəm ki, sözügedən layihənin strateji önəminə həmin forumda iştirak edən aparıcı kampaniyalar, xüsusilə də nəqliyyat sferasında ixtisaslaşan şirkətlər xüsusi maraq göstərəcəklər. Burada daşımaçılıq sahəsində əsas qovşağı yaradan tərəf Azərbaycandır. Ölkəmiz bunun təhlükəsizliyinə zəmanət verir. Belə olan təqdirdə heç şübhəsiz ki, Çinlə Avropanı birləşdirən yaxın bir yolu Davosda özü üçün bir daha kəşf edən və gələcəkdə bu sahəyə öz vəsaitlərini qoyan, layihələrini həyata keçirmək istəyən qüvvələrin çox olacağına inam böyükdür.

İkincisi, Azərbaycan 2050-ci ilə qədər məlum neft müqavilələrini imzalamaqla Qərb şirkətləri ilə etibarlı tərəfdaşlığını aparmaqda davam edir. Azərbaycan belə tədbirlərdə maksimum dərəcədə iqtisadiyyatının şaxələndirilməsi və əsas karbohidrogen ehtiyatlarına deyil, daha artıq dərəcədə aparıcı Avropa şirkətlərini kənd təsərrüfatına, sənaye sahələrinə cəlb etməyə cəhdlər göstərir. Hesab edirəm ki, ölkə rəhbəri orada keçirəcəyi görüşlərdə məhz Azərbaycanın hazırkı iqtisadi kursundakı dəyişiklikləri əsas götürəcək və bunun üzərində qərarlaşacaq. Çünki ilk fundamental əsasları qoyulan o sahədəki işlər Azərbaycan xalqının həyatı mənafelərinə cavab verəcək işlərdir.

Üçüncüsü, regionda bir sıra dövlətlər arasındakı siyasi konfliktlərə baxmayaraq, Azərbaycan Şimal-Cənub layihəsi ilə göstərir ki, Bakı bu iqtisadi məsələlərdə savaş tərəfi kimi çıxış etmir, əksinə, mövqelərin yaxınlaşmasında rol oynayır. Ona görə də hər hansı bir səbəbdən Amerikanın siyasətini bölüşməyən və nəticə etibarilə İran və Rusiyanın da yer aldığı müxtəlif layihələrə qoşulmağa çalışan dövlətlərlə çox uğurlu bir şəkildə o tədbirdə danışıqları apara və öz mövqelərimizi ortaya qoya bilərik. Bütün bunlarla yanaşı, Azərbaycanın milli qurumlarının mənafeləri baxımdan o tədbirdə iştirakı çox önəmlidir. Bir sözlə, ölkə başçısının Davos üzərindən beynəlxalq, regional, siyasi, iqtisadi maraqlarımızı uğurla müdafiə edəcəyinə, o siyasəti Davosda təmsil edəcəyinə tam inanırıq”.

Qeyd edək ki, yanvarın 23-dən 26-dək İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun gündəliyi açıqlanıb.

Belə ki, önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr ediləcək forumun əsas mövzuları bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyata aid olacaq.

Forumda 18 ildən sonra ABŞ Prezidenti Donald Trampın, Fransa Prezidenti Emmanuel Makronun və Britaniyanın Baş naziri Tereza Meyin iştirakı gözlənilir.

Tarix
2018.01.18 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla