Yuxarı

Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidentinin ABŞ-a səfəri əsnasında Vaşinqton-Moskva münasibətlərinə dair fikir alış-verişi ola bilər, ancaq Nazarbayev Rusiya ilə bağlı məsələlərdə Amerikaya hər hansı tövsiyyə edə bilməz.

Bu sözləri Axar.az-a Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri və bu fonda Rusiya ilə əlaqələrin müzakirə edilməsi haqda yayılan xəbəri şərh edən sabq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ABŞ və Rusiya arasındakı münasibətlərin düzəlməsinə münsiflik etmək üçün Nazarbayevin səlahiyyəti yoxdur:

“Hazırda Qazaxıstanı maraqlandıran öz problemləridir. Kaşaqan neft mədənlərini istismar etmək və dənizin daha dərin hissəsindən neft çıxarılması indiki dönəmdə Qazaxıstan üçün olduqca vacibdir. Ona görə də Astananı maraqlandıran əsas məsələ neft istismarı sahəsində Amerikadan yeni texnologiyalar əldə etməkdir. Rusiya ilə münasibətlərə gəlincə, Qazaxıstan prezidentinin ABŞ-a səfəri əsnasında Vaşiqnton-Moskva münasibətlərinə dair fikir alış-verişi ola bilər, ancaq Nazarbayev Rusiya ilə bağlı məsələlərdə Amerikaya hər hansı tövsiyyə edə bilməz”.

Politoloq sözügedən məsələnin tamamilə gündəlikdən xaric olduğunu düşünür:

“Üstəlik, ABŞ-la münasibətlərin qurulması bir növ Qazaxıstanın zəmanət altına alınması deməkdir. Çünki Rusiyanın Qazaxıstana münasibəti o qədər də səmimi deyil. Rusiyada müəyyən dairələr Qazaxıstana qarşı torpaq iddiasındadır və itirilmiş torpaqlar adı altında müxtəlif uydurma və şayiələr rus mətbuatında tüğyan etməkdədir. Bu səbəbdən də Rusiya ilə çox ehtiyatlı siyasət aparan Nazarbayev bəlkə də Rusiyanın Amerikanın diqtəsinə gəlməsindən məmnundur. Bu üzdən də hesab etmirəm ki, o, Rusiya ilə münasibətlərdə pozitiv məqamlara üstünlük versin. Bunu Amerika da bilir. ABŞ artıq doktrinasını müəyyənləşdirib və bu məsələdə heç o NATO dövlətlərinin məsləhətini qəbul etmir, nəinki Qazaxıstanın. Astana ABŞ-la münasibətlərinin yaxşılaşmasında özü maraqlıdır və bu istiqamətdə də fəaliyyət göstərəcək”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev yanvarın 16-da ABŞ-a səfər edib. Səfər zamanı Suriya və Əfqanıstan məsələləri ilə yanaşı, ABŞ-Rusiya münasibətləri də müzakirə edilib.

Qazaxıstan prezidentinin Amerikaya səfəri yanvarın 18-dək davam edəcək.

Tarix
2018.01.18 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla