Yuxarı

Braziliya mətbuatında 20 yanvarla bağlı məqalə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun bu ölkənin aparıcı qəzetlərindən olan “Correio Braziliense” və “EmbassyBrasilia” elektron jurnalında “Azerbaijao: 28 anos se passaram desde o Janeiro Negro” (“Azərbaycan: Qara Yanvardan 28 il ötür”) adlı məqaləsi dərc edilib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, məqalədə Azərbaycan xalqının ötən əsrin 90-cı illərində müstəqillik uğrunda apardığı mübarizə və sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan tarixinə Qara Yanvar kimi yazılan bu qanlı hadisəyə birinci siyasi qiymət verən ulu öndər Heydər Əliyev olub. Məhz Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi qiymət verməsi bu hadisənin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

Həmçinin məqalədə 20 Yanvar günü milyonlarla Azərbaycan vətəndaşının Şəhidlər xiyabanını ziyarət etdiyi və müstəqillik uğrunda canından keçmiş insanların xatirəsini ehtiramla andığı bildirilir.

Məqalənin sonunda səfir Elxan Poluxov Azərbaycan ilə Braziliya arasında dost münasibətlərdən bəhs edərək, ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, “Correio Braziliense” qəzeti və “EmbassyBrasilia” elektron jurnalı Braziliya paytaxtında dərc edilən ən iri gündəlik kütləvi informasiya vasitələridir və geniş oxuyucu kütləsinə malikdirlər.

Tarix
2018.01.18 / 22:38
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla