Yuxarı

ABŞ Türkiyənin önündən niyə geri çəkildi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Türkiyə ilə ABŞ arasında hərbi toqquşmaların olacağı inandırıcı görünmür. PKK-YPG-PYD məsələsi Türkiyə üçün qırmızı xətdir. Bunu da ABŞ çox gözəl bilir. ABŞ heç vaxt hansısa terror təşkilatlarına görə Türkiyə ilə açıq qarşıdurmaya getməz. Bundan başqa, nə ABŞ, nə də Türkiyə kürdlərə görə bir-birləri ilə müharibə edəndir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, artıq Türkiyə regionda və dünyada müstəqil gücə çevrilməkdədir və bu güclə ABŞ da hesablaşmağa məcburdur:

“ABŞ rəsmiləri Türkiyənin Suriya məsələsində blef etmədiyini gördü. Türkiyə terrorçularla mübarizə aparmaqda israrlıdır və ən əsası, ABŞ bu müharibədə kürdlərin tərəfində çıxış etsə, məğlub olub özünü ifşa edəcəkdi. Ona görə ABŞ yenə də, İraqda olduğu kimi, kənara çəkildi. Hətta ABŞ rəsmiləri YPG-PYD-yə cavabdeh olmadıqlarını bildirdilər. ABŞ-ın İŞİD-lə mübarizədə onların dəstəyinə ehtiyac olmadığını deməsi isə tipik ingilis siyasətinin davamıdır. ABŞ hər zaman olduğu kimi, qalib gələ bilməyəcəyi müharibədə iştirakdan imtina edərək, keçmiş müttəfiqini yarı yolda qoyaraq geri çəkilir”.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında PKK-YPG üzvlərindən sərhəd ordusunun yaradılacağı halda bunun çox ciddi nəticələri olacağını bildirmişdi. Bundan sonra ABŞ Dövlət katibi Reks Tillerson Suriyanın şimalında Sərhəd Təhlükəsizlik Qüvvələri adlı bir ordu yaradılmayacağını söylədi. O, sərhəd qüvvələri məsələsinin tamamilə yanlış formada təsvir edildiyini qeyd etdi.

Tarix
2018.01.19 / 00:50
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla