Yuxarı

Gərginlik pik həddə: Moskva türk dövlətinə hücuma hazırlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya son vaxtlar federasiyanın subyektlərinə qarşı çox kobud və konstitusiyaya zidd davranışlar nümayiş etdirir.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Yeltsinin dövründə qəbul edilən konstitusiyada Tatarıstana daha geniş suverenlik hüquqlarının verilməsi bu subyekti getdikcə gücləndirdi:

“Tatarıstan parlamentini özü seçir və parlamentin verdiyi qərarlar həlledici əhəmiyyətə malik olurdu. Parlamentin qəbul etdiyi qanunlarla Rusiya parlamentinin qanunları ziddiyyət təşkil etdikdə uzlaşdırıcı komissiya yaradılır və ortaq mövqeyə gəlinirdi. Prezident geniş səlahiyyətlərə malik idi, Nazirlər Kabinetini formalaşdırır və baş naziri təyin edirdi. Ən mühümü isə Tatarıstan ümumittifaq büdcəsinə vəsait ödəmir, büdcədən dotasiya almırdı. Tatarıstan federasiyada yeganə ölkə idi ki, “özün qazan, özün işlət” prinsipi ilə hərəkət edirdi. Elə bu səbəbdən də Tatarıstanda hər bir işçinin əmək haqqı ruslarınkından iki dəfə çox idi. Federasiyada bir “xoşbəxtlik adası” kimi təxminən 10 ildən çox bu cür yaşayış tərzi həyata keçirən Tatarıstan Başqırdıstan, Buryatiya və Tuvaya da nümunə oldu. Proses sonlanmasa da, hər halda Rusiyanın müxtəlif bölgələrindəki subyektlər suverenliyə nail olmaq üçün ciddi mübarizə aparırlar”.

Politoloq qeyd edib ki, hazırda Tatarıstanda vəziyyət həddindən artıq gərgindir və getdikcə Kremlə qarşı etiraz böyüyür:

“Rusiya hakimiyyəti əvvəl prezident adlarını ləğv etdi, daha sonra ümumittifaq büdcənin formalaşmasında federasiya subyektlərinin iştirakına nail oldu. Bu fonda Tatarıstan əlavə gəlir və qazanclarından məhrum edildi. Nəticə etibarilə bütün subyektlərdə eyni adlı işə görə verilən maaşlar bərabərləşdirildi. Son vaxtlara qədər bu hərəkətlər Kazanla Moskva arasında imzalanmış müqavilə əsasında həyata keçirilirdi. Bu ilin avqustunda həmin müqavilənin müddəti bitir. Ancaq Rusiya yeni müqavilə imzalamaq fikrində deyil. Tatarıstanın xaricdəki iqtisadi nümayəndəliklərinin ləğvi qərarı azmış kimi Putin indi də digər subyektlərə nümunə olmasının qarşısını almaq üçün Tatarıstanda rus dilinə təkidlə dövlət statusu tələb edir. Bir sözlə, Kreml Tatarıstana qarşı böyük hücuma keçib və bu subyektin indiyə qədər əldə etdiyi milli nailiyyətlərin hamısının üstündən xətt çəkməyə cəhd göstərir”.

Q.Hüseynli Tatarıstanın hələ tam geri çəkilmədiyini və ən azından Kremllə danışıqlara nail olmaq istədiyini vurğulayıb:

“Moskva Kazanın etirazlarına əhəmiyyət belə vermir. Tatarıstanla Rusiya arasındakı gərginlik pik həddə çatıb. Tatarıstanda ümummilli etirazlar çoxdan yetişib və bu, avtomatik digər subyektlərə də sirayət edir. Rusiyada təxminən 16-ya qədər türkdilli federasiya subyekti var və onlar Tatarıstanın nümunəsindən bəhrələnərək federasiya daxilində geniş muxtar səlahiyyətlər tələb edirlər”.

Qeyd edək ki, Tatarıstan lideri Rüstəm Minnixanov mərkəzi hökumətlə regional hökumətlər arasında səlahiyyətlərin bölüşdürülməsində 5 il ərzində heç nəyi dəyişməməyə çağırış edib.

Son günlər Moskvanın Tatarıstana təzyiqləri artıb. Belə ki, Kreml Tatarıstanda tatar dilinin icbari tədrisini tam qadağan edib. Üstəlik, Tatarıstan rəhbərinin “prezident” adlandırılması dayandırılıb.

Moskva Tatarıstanın büdcə idarəetməsi ilə bağlı bir sıra səlahiyyətlərini də əlindən alıb.

Tarix
2018.01.19 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla