Yuxarı

Konqresdə ölkəmizə qarşı addım - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika yaxşı halda dostlarını incik salır, pis halda isə itirir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Dövlət Departamenti əvvəlcə vətəndaşlarını “terror təhlükəsi qarşısında” Azərbaycana getməməyi məsləhət gördü, indi də Konqres nümayəndələrinə “ABŞ – Arsax: səfərlər və təmaslar” adlı sənəd paylanıb:

"Sənədin müəllifi qatı ermənipərəst konqresmen Frenk Pallonedir. O, həmin sənəddə Vaşinqtonu Dağlıq Qarabağı rəsmən tanımağa və separatçılarla birbaşa təmas qurmağa çağırıb. Pallone tək deyil, onu dəstəkləyən başqa konqresmenlər də var. Əlbəttə, bu sənədin ciddi qəbul olunacağı şübhə doğurur, ancaq niyə Dövlət Departamenti konqresmenlərə ABŞ-ın dövlət və təhlükəsizlik maraqlarını izah edən hesabat paylamır ki?!"

Politoloq vurğulayıb ki, Vaşinqton Rusiyanın bölgədəki forpostu olan Ermənistana dəstək verə bilməz:

"Azərbaycan bir çox məsələdə Vaşinqtonla əməkdaşlıq edir. Bundan başqa ABŞ konqresmenlərinin heç vaxt Abxaziya, Cənubi Osetiya, Dnestr və ya Donbas separatçılarına dəstək vermək, ora səfərlər etmək ağıllarına gəlməz. Çünki anlayırlar ki, bu bölgələr Rusiyanın nəzarətindədir və bu, Amerikanın maraqlarına ziddir. Amerikalı bir qrup konqresmenin Dağlıq Qarabağı digər separatçılardan ayrı tutması ikili standartın bariz nümunəsidir".

Tarix
2018.01.20 / 09:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla