Yuxarı

Ən pis ssenari: Türkiyə-Rusiya savaşı ola bilər - Trofimçuk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hər şey hələ indi başlayır.

Bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Türkiyənin Afrin əməliyyatının doğura biləcəyi nəticələr haqda Axar.az-a danışarkən deyib.

“Zənnimcə, 2017-ci ilin sonunda bu cür düşünən yeganə adam mən deyildim. Rusiya ordunun Afrin ərazisindən geri çəkilməsi haqda bəyanat yayıbsa, deməli, rus ordusu heç orda olmamalı idi. Lakin fakt faktlığında qalır ki, rus qüvvələri o ərazidədir - polis və ya hər hansı başqa bir şəkildə. Buna görə də Türkiyə sözügedən ərazidə rus orduları yoxmuş kimi davranır.

Rusiya Türkiyəyə olan iddialarını 2016-cı ilin ortalarında Türkiyə qüvvələrinin "Qalxan" əməliyyatı ilə Cerablus şəhərinə girərkən bildirməli idi. Amma Rusiya o vaxtı susmağı seçdi. Deməli, Rusiya o vaxt yox idisə, bu gün də olmasın. Rəsmi Ankara başa düşür ki, onunla savaşmaq Moskvaya sərf etmir.

Buna görə də Türkiyə Suriya müharibəsi üçün Rusiya Federasiyasının nominal müttəfiqi olmasına baxmayaraq, orda öz ssenarisinə uyğun hərəkət edir.

Bununla yanaşı, bu ssenarilər hələ də Rusiyaya nisbətən hadisələrin Amerika vizionuna daha yaxındır, çünki Türkiyə NATO-nun üzvüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi Vaşinqtonun ünvanına səsləndirdiyi kəskin çıxışları bu həqiqəti çoxlarına unutdurur. Buna görə də əgər Dəməşq Türkiyə təyyarələrini vurarsa, bu Rusiya Federasiyası ilə Türkiyə arasında müharibəyə gətirib çıxara bilər. Bu isə, əlbəttə ki, ABŞ-ın maraqlarına xidmət edərdi.

Əgər Rusiya 2015-ci ilin sentyabrında Suriyaya girməyib kürdləri silahlandırsaydı, bu gün Yaxın Şərqdə tamamilə başqa bir mənzərənin şahidi olardıq. Onda Rusiya Federasiyası ABŞ kimi məsələlərə yaxından müdaxilə etmədən uzaq idarəçiliyi seçə bilərdi.

Bütün bunları nəzərə alaraq, yalnız bir şeyi deyə bilərik: indi Suriyadakı problemlərin danışıq yolu ilə həll edilməsi mərhələsi ötən illərdən daha mürəkkəb olacaq. Türkiyə və ABŞ Suriya problemini Prezident Bəşər Əsədlə həll edəcək – bu haqda danışmasalar belə.

Qazanan tərəf yalnız ABŞ olacaq. Əgər Türkiyə özünü “yaxşı” aparmasa, Vaşinqton hər zaman ona qarşı xüsusi siyasəyt yeridə, daxilində qeyri-stabillik yarada bilər. Hələ Yaxın Şərqdəki kürd faktorundan danışmıram. Onlar indi əvvəl olduqlarından daha güclüdürlər. Və bunu heç də Rusiya Federasiyasına borclu deyillər”.

Xatırladaq ki, Türkiyə tərəfinin Afrin əməliyyatına start verdiyini açıqlamasından sonra Rusiya hərbçiləri sözügedən ərazidən çıxdı. Suriya isə Türkiyə təyyarələrini vuracağını bəyan etdi.

Tarix
2018.01.20 / 10:18
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla