Yuxarı

Sərkisyan niyə Sərkisyanı prezident etmək istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan iqtidarı hakimiyyətə Armen Sərkisyanı gətirməklə Qərblə əlaqələri saxlamaq istəyir.

Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın hakim Respublika Partiyasından bu ölkənin Britaniyadakı səfiri Armen Sərkisyanın prezidentliyə namizədliyini irəli sürməsini şərh edən fəlsəfə doktoru Elxan Ələsgərov deyib. O bildirib ki, Armen Sərkisyan Ermənistan siyasi elitası arasında qərbyönlü siyasətçi hesab edilir:

“Bir ara onu daxili siyasətə çəkmək istəyirdilər, ancaq sonradan guya onun xəstə olması haqqında şayiələr yayıldı. İndi Ermənistan iqtidarı onu hakimiyyətə gətirməklə Qərblə körpüləri saxlamaq istəyir. Ermənistan bununla bir əlində iki qarpız tutmağa çalışır. Bu siyasətin nə dərəcədə baş tutacağına gəlincə, hesab edirəm ki, ölkədə siyasi problemlər qaçılmaz olacaq. Çünki Ermənistan siyasi, iqtisadi və hərbi baxımdan Rusiyaya tam bağlıdır. Ona görə də hansısa qərbyönlü şəxsin Ermənistanda hakimiyyətə gəlməsi ölkə daxilində bir sıra ziddiyyətlərə gətirib çıxaracaq. Bu fonda Ermənistanda Qərb modeli iqtisadiyyatını tətbiq etmək çox qaranlıq görünür. Çünki erməni oliqarxları və onların milyardları Rusiyada cəmləşib”.

Politoloq Ermənistandakı hakimiyyətdaxili dəyişikliyin pərdəarxası məqamlarına da işıq salıb:

“Ermənistanda nə baş verirsə, ilk növbədə əsas məqsəd Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən ibarət olur. Bu düşüncə ilə hərəkət edən Ermənistanın heç bir gələcəyi yoxdur. Dəyişikliklərə baxmayaraq, işğalçı ölkəni bu il çox ciddi iqtisadi, hərbi və siyasi böhran gözləyir”.

Ekspert onu da əlavə edib ki, Ermənistanda iqtidarda kimin olmasından asılı olmayaraq, Qarabağ böhranı işğalçını uçuruma aparır:

“Bu böhran iqtisadi baxımdan yararsız vəziyyətə düşmüş Ermənistandakı əsl vəziyyəti büruzə verir. Bu hakimiyyət dəyişiliyi Qarabağ məsələsinin həllində hər hansı bir irəliləyişə səbəb olmayacaq. Dağlıq Qarabağ problemi beynəlxalq məsələdir. Münqişənin həlli yolları hər an dəyişə bilər. Çünki dünyadakı tarazlıq stabil deyil. Ermənistanın Qarabağ məsələsinin həllində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi bir gündə çökə və ortaya yeni variantlar çıxa bilər”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan hakim Respublika Partiyasından namizəd kimi Ermənistanın Britaniyadakı səfiri Armen Sərkisyanı irəli sürüb.

Armen Sərkisyan 2013-cü ildən Britaniyada səfirdir. O, həmçinin, 1996-1997-ci illərdə Ermənistanın baş naziri olub.

Tarix
2018.01.20 / 09:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla