Yuxarı

ABŞ hökumətinin fəaliyyəti dayandı: nəticə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da federal hökumətin maliyyələşməsinin dayandırılması böyük bir faciə deyil.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ABŞ hökumətinin fəaliyyətini dayandırmasına münasibət bildirərkən qeyd edib. O bildirib ki, Amerika tarixində 18 dəfə belə "shutdown" baş verib:

"Yəni bunun birbaşa Trampla əlaqəsi yoxdur. Sadəcə, hakimiyyət bölgüsü işləyən, icra-qanunverici-məhkəmə qolları normal olan ölkələrdə belə hadisələr siyasi danışıq və güzəştlər üçün şərait yaradır. Çox güman, yaxın bir neçə günə məsələ həll olunacaq, Federal hökumətin maliyyələşməsi yenidən bərpa ediləcək".

Ekspertin sözlərinə görə, həftənin ilk günü, çox güman, Türkiyə birjası və türk lirəsi ciddi dəyər itirəcək:

""Sıcak para" və xarici yatırımçılar türk lirəsində olan varlıqlarını sürətlə satıb, dollara, avroya çevirib ölkədən çıxarmağa başlayacaqlar".

Qeyd edək ki, ABŞ-ın bir sıra rəsmi dövlət idarələri maliyyə çatışmazlığı ucbatından fəaliyyətlərini qismən dayandırıblar. Buna səbəb ABŞ Konqresinin ölkənin federal büdcəsini qəbul edə bilməməsi olub.

Tarix
2018.01.21 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla