Yuxarı

YPG-ni Türkiyə sərhədinə kim yerləşdirmişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK, PYD, YPG terrorçularının Afrinə ilk hücumları 2012-ci ildə başladı. O zaman PYD hələ kiçik bir qüvvə idi. PKK, PYD terrorçuları Afrində onlarla razılaşmayan bir çox dini və əşirət liderlərini qətlə yetirir, Türkiyə sərhədindəki Qamışlıda bir sıra qanlı olaylar həyata keçirirdilər. Daha sonra bölgə Suriya müxaliflərinin nəzarətinə keçdi və 2014-cü ildə bölgəyə yeni fitnə - İŞİD gəldi. İŞİD terrorçuları bölgəni qan tökərək müxaliflərdən aldılar. Elə həmin ildə də PKK, PYD, YPG terrorçularını “qanuniləşdirmək” üçün Kobani oyunu oynanıldı.

Bunu Axar.az-a açıqlamasında tanınmış jurnalist Ruslan Bəşirli deyib. Onun sözlərinə görə, Qərb, xüsusən də ABŞ uzun illərdir bölgədə istifadə etməyə çalışdığı “kürd kartı”ndan Kobani olayları zamanı bolluca bəhrələndi:

“Qərb mediası sanki dünyanın mərkəzi Kobiniymiş kimi təbliğat aparır, İŞİD terrorçuları isə bu işdə oynanılan oyuna var gücü ilə yardım edirdi. Nəhayət, Kobani İŞİD-dən alındı və bununla da ABŞ PKK, PYD, YPG terrorçuları ilə açıq əməkdaşlığa başladı. İŞİD-in müxaliflərdən qan tökərək aldığı Türkiyə sərhədindəki ərazilər ard-arda PKK və YPG-yə təslim edildi. PKK terrorçuları bölgənin etnik, dini tərkibini dəyişməyə başladılar. Beynəlxalq “Human Rayt Voç”, “Fridom Haus” təşkilatları hesabatlarında PKK və PYD terrorçularının vəhşilikləri haqda dəfələrlə yazıblar. Bütün bunlara baxmayaraq, bölgəni yenidən şəkilləndirməyə çalışan ABŞ bu vəhşi terrorçulara silah, maddi yardımlar edir, təlimlər keçir. Fikir verin, Türkiyədə axtarışda olan PKK terrorçuları daha sonra PYD sıralarında görünməyə başladılar. PKK və PYD terrorçularından Rusiya da istifadə edir. Son olaraq ruslar onlara Suriya tərkibində muxtariyyət vəd etməklə tərəflərinə çəkmək istədi. Lakin ABŞ-ın “dövlət” vədlərinə inanan terrorçular Rusiyanın təklifini qəbul etmədilər”.

R.Bəşirli qeyd edib ki, PKK ABŞ-ın köməyi ilə Rakkanı da İŞİD-dən aldı:

“Yəni İŞİD digər bölgələrdə olduğu kimi, Rakkanı da PKK və PYD-yə təslim etdi. Terrorçular Rakkada terrorçubaşı Öcalanın böyük pankartını açdılar. Elə bu vaxt İngiltərənin BBC telekanalı PKK-çıların İŞİD-çiləri öz avtomobilləri ilə şəhərdən necə yola saldıqlarını nümayiş etdirən sensasion video-görüntülər yaydı. Məlumata görə, Rakkadan çıxarılan İŞİD üzvləri Deyr əz-Zor və Afrinə yerləşdirilib. Son olaraq isə ABŞ-ın PKK və PYD ilə birgə 30 minlik ordu qurmaq istəməsi Türkiyənin səbrini daşırdı. Artıq 3 gündür türk ordusu Afrində terrorçulara qarşı əməliyyat həyata keçirir, böyük naliyyətlər əldə olunub. Türkiyə bu əməliyyatla həm Suriya üzərindən oynanılan çirkin oyunu pozur, həm də “Fərat Qalxanı” əməliyyatında olduğu kimi bu torpaqları terrorçulardan təmizləyərək masadakı yerini daha da gücləndirir. Türkiyə hazırda bölgədə çox önəmli faktorlardandır”.

Tarix
2018.01.22 / 15:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla