Yuxarı

Polkovnik Məhəmməd Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti, polkovnik Əbdülhakim Məhəmməd İsa Əlşanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, yanvarın 22-də nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Yanvarın 25-dək davam edəcək səfər çərçivəsində CISM nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyində görüşləri nəzərdə tutulur.

Görüşlərdə CISM ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

Tarix
2018.01.22 / 18:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla