Yuxarı

"İlham Əliyevin bu qərarı ilə tarixi gerçəklikləri..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Tarixçi alimlər, siyasi ekspertlər bu Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirirlər.

Axar.az xəbər verir ki, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı Azərtac-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin bu Sərəncamı böyük tarixi, ictimai-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyır. Bu Sərəncam, ilk növbədə, yeni tarixi araşdırmaların aparılmasına təkan verəcək.

Musa Qasımlı bildirib ki, erməni millətçiləri müxtəlif böhranlı dövrlərdə uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Törədilən qırğınların coğrafiyasının xeyli geniş olduğunu deyən tarixçi alim qeyd edib ki, ermənilər Cənubi Qafqazda, Şərqi Anadoluda və digər yerlərdə dəhşətli soyqırımları törədiblər. Belə soyqırımlarından biri də 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilib. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin göstərişi ilə erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlıqla qırğın törədilib. Bakı şəhərində, digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi, mədəni abidələri, məscidlər dağıdılıb. Kütləvi qırğınlar Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər yerlərdə də qəddarlıqla törədilib. Ermənilərin xalqımıza qarşı törətdiyi bu cür faciələrin araşdırılması və dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başladılıb. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında 1918-ci il martın 31-də baş verənlər “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində xalqımız, xüsusən gənclər tarixi gerçəklikləri daha dərindən biləcəklər.

Musa Qasımlının fikrincə, bu Sərəncam, eyni zamanda, soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın göstəricisidir. Xalqımızda vətənpərvərlik, torpaq, Vətən sevgisi hissləri artacaq, gənclər həmin qanlı tarixdən ibrət dərsi götürəcəklər.

Görüləsi işlərin hələ çox olduğunu deyən deputat soyqırımı ilə bağlı araşdırmaların artırılmasına, o cümlədən ölkə və beynəlxalq səviyyəli elmi konfranslarda, televiziya proqramlarında çıxışların edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Dövlətimizin başçısının Sərəncamının önəmindən danışan tarix elmləri üzrə fəlsəfə doktoru Vasif Qafarov tarixə ekskursiya edib. O qeyd edib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı XX əsrdə dörd dəfə böyük soyqırımı aktları törədilib və deportasiya həyata keçirilib. Bunlar 1905-1907, 1917-1920, 1948-1953 və 1988-1994-cü illəri əhatə edir. Sonuncunun ağır nəticələri isə göz qabağındadır. Bu soyqırımı cinayətlərindən ən dəhşətlisi 1918-ci ildə törədilmiş mart soyqırımıdır. 1918-ci il ilin 31 mart tarixinin Bakıda həyata keçirilən türk-müsəlman soyqırımının başlanma tarixi kimi simvolik olaraq götürüldüyünü deyən tarixçi alim bildirib ki, bu hadisələr zamanı təkcə Bakıda 12 min, Şamaxıda 23 min, Zəngəzurda 10 mindən çox, Şərur-Sədərək bölgəsində 18 mindən çox, Dərələyəz bölgəsində 50 mindən çox türk-müsəlman ermənilər tərəfindən qətlə yetirilib. Bu gün özlərinə qarşı soyqırımı törədildiyi iddiası ilə çıxış edən ermənilərin əlində istinad edəcəkləri ciddi sənəd olmadığı halda, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları təhqiqat və istintaq materialları ilə hələ 1918-ci ildə tam sübuta yetirilib. Bu sənədlərin tam şəkildə ortaya qoyulması, ölkə və dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq məhkəmələrə çıxarılması istiqamətində işlər görülməlidir. Azərbaycan Prezidentinin Sərəncamı bu proseslərə böyük təkan verəcək.

Vasif Qafarov qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarının araşdırılması ilə bağlı missiya təkcə tarixçilərin üzərində olmamalı, hər bir qurum, hər bir azərbaycanlı tarixçilərin ortaya qoyduğu fakt və sənədlərin beynəlxalq ictimaiyyətə çatdırılması, hadisələrə hüquqi-siyasi qiymət verilməsi üçün çalışmalıdır.

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamı bir neçə aspektdən tarixi əhəmiyyət daşıyır.

Bu fikri isə siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, dövlətimizin başçısının Sərəncamında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə İstintaq Komissiyasının adı xatırlanır və qeyd olunur ki, komissiya ermənilərin törətdikləri ağır cinayətlərin üzə çıxarılması, xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirib. Bu yanaşma Azərbaycan Prezidentinin dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyəri, Azərbaycan Respublikasının öz sələfinin hüququ və mənəvi mirasına sədaqətini nümayiş etdirir.

Siyasi ekspert deyib ki, Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. Bu yanaşma isə Azərbaycanın dövlət müstəqilliyinin nə qədər böyük bir nemət olduğunu bir daha təsdiqləyir.

“Sərəncamın önəmini artıran məqamlardan biri də onun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı imzalanan Sərəncamdan dərhal sonra verilməsidir. Burada iki mühüm məqam var: Birincisi, Azərbaycan tarixinə kompleks şəkildə, vahid və ardıcıl bir prosesin tərkib hissəsi kimi yanaşılmasının təqdir və təbliğ olunması, ikincisi, ilk respublikamızın – müstəqil dövlətimizin süqutundan doğan problemlərin bir daha ən yüksək səviyyədə vurğulanmasıdır”, - deyə o bildirib.

Sərəncamda Azərbaycan Respublikasının Milli Məclisinə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsinin tövsiyə olunmasının tarixi ənənələrin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyən Elçin Mirzəbəyli qeyd edib ki, 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının təhqiqatları da məhz Azərbaycan parlamentinin toplantısında müzakirə olunmuşdu. Siyasi sənəddə Azərbaycan xalqına qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərin təhqiq və təbliğ olunmasının vacibliyinin vurğulanması təkcə müvafiq dövlət qurumlarının deyil, tarixçilərin, araşdırmaçıların, kütləvi informasiya vasitələrinin, diplomatların, diaspor nümayəndələrinin qarşısına böyük vəzifələr qoyur.

Müsahibimiz, həmçinin əlavə edib ki, 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı tarix boyu soyqırımı həyata keçirdiklərini, bu prosesin məqsədyönlü və ultramillətçi ideoloji əsaslarla gerçəkləşdirildiyini sübuta yetirir. Ermənilər uydurma “Böyük Ermənistan” xülyalarını həyata keçirmək üçün tarixi şəraitdən və himayədarlarının dəstəyindən istifadə edərək, regionu azərbaycanlılardan və qeyri-millətlərdən təmizləmək, yalnız ermənilərin yaşadığı nasist dövləti yaratmaq istəyiblər. Ekspert deyib ki, Azərbaycanın tarixi torpaqlarında – Dağlıq Qarabağda və ətraf rayonlarda törədilmiş soyqırımı cinayətləri, işğal bu prosesin davamıdır. Erməni işğalına son qoyulması həm də Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasətinə də son qoyulmasıdır.

Tarix
2018.01.22 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla