Yuxarı

İran və Fransa niyə Türkiyəyə qarşı çıxdı? – Müəmma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afrin əməliyyatı özünü müdafiə xarakteri daşıyır.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bu nöqteyi-nəzərdən Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün əməliyyatlara başlamasının labüd olduğunu qeyd edib:

“Çünki ABŞ Türkiyənin çox yaxınlığında PKK və YPG-ni təkrar silahlandıraraq bir növ Türkiyəyə qarşı təhlükəli bir qüvvə hazırlayır. Ona görə də Türkiyənin Afrin əməliyyatı özünü müdafiə xarakteri daşıyır. Bu məsələdə Rusiya ilə demək olar ki, fikir birliyi əldə edilmişdi. ABŞ da Türkiyənin əməliyyatlarına yaşıl işıq yandırmışdı. Hətta NATO-nun baş katibi də Türkiyəni bu məsələdə haqlı saymışdı. Çox təəccüblüdür ki, əməliyyatlar başlayandan iki gün sonra Fransa BMT-yə müraciət edərək Təhlükəsizlik Şurasının müzakirəsini tələb etdi. Ən qəribəsi isə dar günündə İrana kömək edən Türkiyə Tehran tərəfindən də xoşagəlməz mesajlar aldı. İran tərəfi bu bölgədə əməliyyatların dayandırılmasını tələb edir. Göründüyü kimi, vəziyyət o qədər asan deyil. Ancaq Türkiyə demək olar ki, Afrin əməliyyatlarının əsas hissəsini həyata keçirib. Suriya Azadlıq Ordusu Menbiç istiqamətində hücumlarını davam etdirir. Məqsəd bütünlüklə Türkiyə sərhədləri boyunca PKK-nın zərərsizləşdirilməsidir”.

Politoloq qeyd edib ki, Afrin əməliyyatları boyunca Amerikanın hərbi təlimatçılarına və Rusiyanın xüsusi təyinatlılarına zərrə qədər ziyan dəyməyib:

“Çünki əməliyyatlar çox ciddi nəzarət altında aparılır. Türkiyə məqsədinin bir hissəsini reallaşdırsa da, mübarizəni sona qədər davam etdirmək əzmindədir. Əgər əməliyyatlar uğurla davam edərsə, PKK və onun uzantısı YPG Kilisdən başlayaraq sərhəd bölgədə ən azı iki vilayət boyunca təmizlənmiş olacaq və sərhəd Türkiyənin nəzarəti altına keçəcək”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun iştirakı ilə Afrində YPG-yə qarşı başladılan “Zeytun budağı” əməliyyatları nəticəsində türk ordusu PKK-nın nəzarətindəki 69 kəndə daxil ola bilib.

Tarix
2018.01.23 / 00:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla