Yuxarı

Nazarbayev Qarabağa görə bunu edə bilər – İrəvan narahatdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstruktiv siyasət yürüdən Qazaxıstan beynəlxalq gündəmdə olan əsas və ağrılı problemlərlə bağlı hər zaman çox sağlam mövqe sərgiləyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O vurğulayıb ki, MDB məkanında Azərbaycandan sonra Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi təsadüfi deyildi:

“Əlbəttə ki, Qazaxıstan ilk növbədə geosiyasi və geoiqtisadi mövqeyinə görə çox perspektivli bir məmləkətdir. Çünki bu dövlətin inkişaf templəri diqqət çəkir. Digər tərəfdən isə Qazaxıstan həm ölkə daxildə, həm də bölgədə və Avrasiya məkanında gözləntilərə uyğun təşəbbüslər irəli sürür və onların həyata keçməsinə şərait yaradır. Bu baxımdan da Qazaxıstanı dünya miqyasında çox vacib beynəlxalq rol oynayan subyekt kimi qarşılayırlar. Bir çox məqamda Astananın balanslı siyasəti həm də aydın mənzərənin yaranmasına dəlalət edir. Məhz Dağlıq Qarabağ problemi çərçivəsində də biz bunun təsdiqini görmüşük. Astananın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi çox müsbətdir. Təhlükəsizlik Şurasına sədrlik Qazaxıstan rəhbərliyinin bütün problemlərə sağlam məfkurə ilə yanaşmasından irəli gəlir. Çünki Astana ən ağrılı dillemalarda belə düzgün qərarların tətbiqinə təsir göstərə bilir”.

Politoloq Nursultan Nazarbayevin Azərbaycanın haqlı davasını Təhlükəsizlik Şurasının gündəminə çıxaracağını istisna etməyib:

“Nazabayev çox təşəbbüskar siyasətçidir və onun Avrasiya üçün hələ 90-cı illərdə təklif etdiyi qarşılıqlı əməkdaşlıq konsepsiyası, regionda risklərin və təhlükəli cərəyanların zərərsizləşdirilməsi ilə bağlı yanaşmaları, inteqrasiya prosesindəki funksional rolu, Çinin təklif etdiyi yeni dəmir ipəkyolu layihəsinin gerçəkləşməsində dəstəyi, o cümlədən nüvə proqramlarının təhlükəsizliyi ilə əlaqəli konsepsiyası bütün dünya tərəfindən rəğbətlə qarşılanır. O üzdən də hesab edirəm ki, Qazaxıstanın TŞ-yə sədrliyi çox məhsuldar olacaq. Astana sədrliyi dövründə bir çox staqnasiya vəziyyətində olan münaqişlərə, o cümlədən Qarabağ böhranına xüsusi diqqəti göstərə bilər ki, bu da beynəlxalq təşkilatları, ən əsası isə Minsk Qrupunu münaqişəsinin həllinə yenidən baxmağa və tutarlı qərarlar çıxarmağa təşviq edə bilər”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Qazaxıstan rotasiya qaydalarına uyğun olaraq hazırda Şuraya rəhbərlik edir.

Ermənistan isə Qazaxıstanın Qarabağ məsələsini Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyindən və Azərbaycanı ərazi bütövlüyünün pozulduğu faktını beynəlxalq ictimaiyyətin qarşısında qaldıracağından narahatdır.

Tarix
2018.01.23 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla