Yuxarı

Bakı və Ankara Qarabağda ildırımsürətli... - Safrastyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afrində həyata keçirdiyi uğurlu anti-terror əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı Ermənistanı qorxuya salıb.

Publika.az xəbər verir ki, Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini hesab edir.

Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir: “Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişəni Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur. Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələrin Cənubi Qafqaza qədər gəlib çıxa biləcəyi ehtimalı mövcuddur”.

Erməni politoloq arzu edir ki, Türkiyə Suriyada məğlub olsun.

“Əgər Türkiyə qalib gələrsə, bu, Dağlıq Qarabağda vəziyyətin Ermənistanın əleyhinə dəyişəcəyi ilə nəticələnəcək. Çünki bölgədə güclənən Türkiyə Azərbaycanla birləşərək, Qarabağ məsələsinin tezliklə həllini tələb edəcək. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan özlüyündə güclüdür. Lakin Türkiyənin güclənməsi Rusiyanın və digər böyük ölkələrin də Ermənistanın əksinə olan cəbhədə yer almasına səbəb ola bilər. Biz o təhlükəni istisna etməməliyik ki, Bakı və Ankara Qarabağda “ildırımsürətli” əməliyyata əl atacaqlar”, - deyə o bildirib.

Tarix
2018.01.23 / 22:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla