Yuxarı

İlham Əliyev fərmanda dəyişiklik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" fərman imzalayıb.

"Axar.az"ın Prezidentin rəsmi saytına istinadən xəbərinə görə, fərmanda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-ci il 23 oktyabr tarixli 977 nömrəli Fərmanını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 582; 2007, № 8, maddə 769, №12, maddə 1246) 1-ci hissəsinin 5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci abzasa "Energetika Nazirliyi" sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;

2. üçüncü abzasa "Energetika Nazirliyi" sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin;

3. dördüncü abzasa "Energetika Nazirliyinin" sözlərindən sonra, "alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin" sözləri əlavə edilsin.

Tarix
2013.11.26 / 11:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla