Yuxarı

Elmira Süleymanova Pərviz Həşimli ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Elmira Süleymanova, Milli preventiv qrupun rəhbəri və monitorinq qrupunun üzvü Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri (MSY) və İstintaq Təcridxanasına (İT) növbəti baxış keçirib.

Baxışın məqsədi orada saxlanılan şəxslərlə görüşmək, saxlanılma şəraiti və vəziyyəti araşdırmaq olub.
Ombudsman aparatının mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, orada saxlanılan şəxslərlə təkbətək görüş zamanı saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb. Müəssisənin tibbi təminat məsələləri araşdırılan zaman tibbi sanitar otağının müasir tibbi avadanıqla təchiz edildiyi, lazımi dərman preparatları ilə təmin olunduğu, həkimin 24 saat fəaliyyət göstərdiyi müəyyən edilib.

Saxlanılan şəxslər qanunvericiliyə uyğun olaraq, gün ərzində 3 dəfə keyfiyyətli qida və 2 saat gəzinti ilə təmin olunduqları da məlum olub Müəssisədə saxlanılan digər təqsirləndirilən şəxslərlə yanaşı, " Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimovla da görüşülüb və onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olunub. Görüş zamanı P.Həşimov da saxlanma şəraiti və qidalanmadan narazılıq etmədiyi bildirilir. Eyni zamanda o, ittiham olunduğu maddələrlə razılaşmadığını, barəsində olan istintaqın sürətləndirilməsi, ailəsi ilə görüş və telefon danışıqları verilməsi, istədiyi qəzetlərlə təmin olunması və Bakı istintaq təcridxanasına köçürülməsi ilə bağlı Müvəkkilə müraiət edib Onun sənədləri ilə tanışlıq zamanı Səbail rayon məhkəməsinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında qərarında icranın MTN-nin MSY və İT-yə həvalə olunduğunun qeyd edildiyi müəyyən edilib. Həmçinin, MSY və İT-nin həkimi ilə söhbət zamanı P.Həşimovun müayinə olunaraq onun arzusu ilə elektrokardioqramının çıxarıldığı və narahatlığa səbəb olmadığı bildirilib. Eyni zamanda onun saxlandığı müddətdə vəkilləri ilə 20 dəfədən artıq təkbətək görüşlər keçirdiyi müəyyən edilib.

Bundan başqa, P.Həşimovun təcridxanada ümumiyyətlə hər hansı aclıq aksiyası keçirmədiyi, onun gündəlik yeməyi qəbul etdiyi məlum olunub. Müvəkkil görüşdən sonra başçəkmənin nəticələrini və P.Həşimovun qaldırdığı məsələləri Milli Təhlükəsizlik naziri, İstintaq Baş İdarəsinin rəisi və MSY və İT-nin rəisi ilə ayrı-ayrılıqda müzakirə edib və bəzi məsələlərin müsbət həlli razılaşdırılıb.

Tarix
2013.11.26 / 12:08
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla