Yuxarı

İlham Əliyev Fransanın xarici ticarət nazirini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Fransanın xarici ticarət naziri, ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının həmsədri xanım Nikol Brikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Axar.az"ın xəbərinə görə, Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əməkdaşlığın nəticələrinin yüksək səviyyədə olduğunu dedi.

Prezident İlham Əliyev Fransa şirkətlərinin ölkəmizdəki fəaliyyətinin genişlənməsinin önəmini qeyd etdi. İkitərəfli iqtisadi əməkdaşlıq komissiyasının iclasına toxunan dövlətimizin başçısı iclasda müzakirə olunacaq məsələlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Fransanın yeni hökumətinin ilk naziri kimi Azərbaycana səfər etdiyini vurğulayan xanım Nikol Brik strateji baxımdan xüsusi əhəmiyyətə malik olan Azərbaycanda Fransa şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsində ölkəsinin maraqlı olduğunu dedi.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulandı, yeni sahələrin müəyyənləşdirilməsinin əhəmiyyəti qeyd olundu, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tarix
2013.11.26 / 12:14
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla