Yuxarı

Dərbənd azərbaycanlıları etiraz edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan 4 ərazi dairəsinə bölünəcək.

Bu barədə Rusiyanın "İTAR-TASS" agentliyi məlumat yayıb. Dağıstan prezidenti Ramazan Abulatipovun dediyinə görə, bu addıma səbəb respublikanın idarə edilməsinin təminidir: "Rayon və şəhərlərdə vəziyyətlə bağlı informasiya keyfiyyətli və vaxtında respublika rəhbərliyinə çatmır. Bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün, gec də olsa, qərar qəbul etdik".

Məlumata görə, Dağıstan Şimal, Cənub, Şərq və Qərb regionlarına ayrılacaq, hər regionun da inzibati mərkəzi olacaq. Həmin regionlara isə Dağıstan prezidentinin səlahiyyətli nümayəndələri rəhbərlik edəcək. "Səlahiyyətli nümayəndə ya baş nazirin müavini, ya da nazir səlahiyyətində olacaq. Onlar daha təcrübəli və nüfuzlu insanların arasından seçiləcək. Bu işdə təsadüfi adamlar olmayacaq".

Dağıstanın Cənub regionunun adminstrativ mərkəzi isə Dərbənd seçilib. Amma Dağıstan prezidentinin bu inzibati islahatı deyəsən bu qədim Azərbaycan şəhərində ciddi münaqişə yaradacaq. Söhbət ondan gedir ki, Abdulatipov Cənub regionuna avar millətindən olan yaxın qohumu Səid Kazimaqomedovu təyin etmək istəyir. Bu təyinat isə Dərbənddə yaşayan soydaşlarımız üçün qəbuledilməzdir.

Dərbənddəki mənbələrdən aldığımız məlumata görə, onlar bir qədər əvvələdək Dağıstanını Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etmiş Məhəmməd Qurbanovun həmin vəzifəyə gətirilməsini istəyirlər. Məhəmməd Qurbanov Abdulatipov prezident təyin olunandan sonra Bakıdan geri çağrılmışdı və o, hazırda işsizdir.

Kazimaqomedovun təyinatı barədə xəbərlər indidən şəhərdə gərginlik yaradıb. Artıq Rusiya prezidenti Vladimir Putinə müraciət də hazırlanır. Həmin müraciətdə təkcə səlahiyyətli numayəndə məsələsinə toxunulmur. Söhbət ondan gedir ki, indiki Dərbənd meri, miliyətcə ləzgi olan İmam Yaraliyev də bu vəzifəyə təyin olunandan sonra azərbaycanlılara qarşı təzyiq yolu seçib. Dərbənd şəhərinə ləzgi millətindən olanların kütləvi şəkildə köçürülməsi ilə şəhərin demoqrafik vəziyyəti dəyişdirilir.

Tarix
2013.11.26 / 13:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla