Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


Musabəyovun erməni KİV-ə sensasion Qarabağ müsahibəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın “arminfo” agentliyinə müsahibə verib. Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində “yol xəritəsi”ni tətbiq edəcəyi ehtimalını önə çıxarır.

Publika.az xəbər verir ki, Musabəyov Ermənistan KİV-inə müsahibəsində Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı olduğunu, rəsmi Bakının vaxt itirmək istəmədiyini qeyd edib.

“Azərbaycandakı seçkilərdən sonra nizamlanma prosesində qarşılıqlı kompromislər tamamilə realdır. Tərəflər münaqişənin həllinə mərhələlərlə, qarşılıqlı güzəştlərlə və əvəzində müəyyən bonuslar əldə etməklə irəliləyə bilərlər. Yəni tərəflər dərhal hər şeyi əldə etmir, addım-addım, güzəştlərə gedə-gedə həllə yaxınlaşır. Məsələn, “çərçivə razılaşması”nın qəbulundan dərhal sonra birinci mərhələdə 2-3 rayon boşaldılır, əvəzində Azərbaycan və Türkiyə Ermənistanla bütün kommunikasiyaları açır. Bu, elə də az deyil. Xüsusən nəzərə alanda ki, Ermənistan Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən isə İrana və Rusiyaya dəmir yol çıxışı əldə edir. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşıdurmanın azalması tərəflərə növbəti addıma keçməyə imkan verəcək. Bu mərhələdə Dağlıq Qarabağın aralıq statusu razılaşdırılacaq. Əvəzində isə daha 2-3 rayonun işğaldan azad edilməsini həyata keçirmək mümkündür. Nizamlama prosesində pozitiv dinamikanı təmin etmək mümkündür və artan qarşılıqlı etimad atmosferində bu gün həlli mümkün görünməyən bir çox məsələləri həll etmək olar”, - deyə Musabəyov bildirib.

Mümkündür ki, Musabəyovun bu müsahibəsi Bakının Dağlıq Qarabağ planının bir parçasıdır. Yəni, Azərbaycan tərəfi seçkidən dərhal sonra münaqişənin həlli istiqamətində real addımlar atılmasını istəyir və bunun üçün yeni “yol xəritəsi” də hazırlanıb. Əslində seçkinin vaxtının 11 aprelə - Ermənistanda keçiriləcək seçkilər ərəfəsinə salınmasının arxasında da bu plan dayanır.

Bakı yeni “yol xəritəsi”ni Ermənistan mediasında açıqlamaqla 5 hədəfə nail ola bilər:

Birinci: İşğalçı Ermənistan rejimini konstruktiv mövqeyə dəvət edir və Ermənistan mediasının üzərindən təkliflərini erməni ictimaiyyətinə təqdim edir. Bu, ilk növbədə Ermənistan hakimiyyətinin erməni ictimaiyyətini “Azərbaycan sülh istəmir” iddiaları ilə aldatmasının qarşısını ala, həmçinin, Ermənistanda müharibə istəməyən böyük kəsimin hakimiyyət üzərində “münaqişənin həllinə razılaş” təzyiqini artıra bilər.

İkinci: Musabəyov müsahibəsində münaqişənin həlli nəticəsində Ermənistanın əldə edəcəyi iqtisadi dividendləri açıqlayır. Ermənistan işğala son qoyarsa, bölgədəki layihələrə qoşula, kommunikasiya yolları açıla bilər. Bu, faktiki olaraq, Ermənistanın düşdüyü ağır iqtisadi vəziyyətdən xilas yoludur. Bakının bu mesajı işğalçı rejimə yox, erməni ictimaiyyətinə hesablanıb. Çünki Ermənistanda müharibədən varlanan hakimiyyət ölkənin düşdüyü ağır vəziyyətin günahkarı kimi Azərbaycanı göstərir. Azərbaycanın “yol xəritəsi”nin erməni mediasında açıqlanması işğalçı rejimin ermənilər üzərində oynadığı oyunu da ortaya çıxarır. Mümkündür ki, bu, erməni ictimaiyyətində müharibədən qazanc əldə edən Sarkisyan hakimiyyətinə qarşı etiraz əhval-ruhiyyəsini qaldıracaq.

Üçüncü: Bakı bu “yol xəritəsi”ni Ermənistanda apreldə keçiriləcək seçkilərdən öncə gündəmə gətirməklə incə gediş edir. Çünki Azərbaycanın münaqişənin həllində maraqlı olması erməni ictimaiyyətinin “Qarabağ klanı”nın müharibə ritorikasına qarşı çıxması və seçkidə ümumi rəyə təsir etməsi ilə nəticələnə bilər.

Dördüncü: Bakı bununla həm də Dağlıq Qarabağda qondarma rejimin təzyiqi altında yaşayan erməni vətəndaşlarına da çıxış yolu göstərir.

Beşinci: Azərbaycan Ermənistana son olaraq şərt irəli sürür: razılaşmasalar, status-kvonu saxlamaq mümkün olmayacaq və müharibə başlayacaq. Və bunun Ermənistan mediasında açıqlanmanması erməni ictimaiyyətinə gələcək müharibənin əsl günahkarının İrəvan rejimi olduğunu göstərmək gedişidir.

Azərbaycan ərazilərinin azad olunması üçün son diplomatik həmləsini edir və böyük ehtimalla bundan sonra seçiləcək variant müharibə olacaq.

Tarix
2018.02.13 / 22:57
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanlı alim erməni səfiri İsveçdə pərt etdi - Foto

Meyitləri tapılan alpinistlərin səhvi o olub ki... - Alim

Ekspertdən təklif: Qarabağ işğalçılarına qarşı...

AXC-nin 100 illiyi Qətərdə qeyd olundu - Foto

Dünya liderləri İlham Əliyevi təbrik edir

Zaxarovanın təmsil etdiyi həyasız siyasət hara aparır? - Şərh

Ordumuz Paşinyanı bu "arzusuna" çatdıracaq - Ekspert

Paşinyan gəldi və Rusiya Qarabağ mövqeyini göstərdi

Paşinyanın Bakıya ermənisayaq cavabı - Ekspert

Vaşinqton cənub qonşumuzdan nə istəyir? – Hədəf

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla