Yuxarı

ABŞ və Türkiyə üz-üzə: toqquşma riski buna görə artır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Türkiyənin Suriyada toqquşma ehtimalı getdikcə artır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Türkiyənin Afrində apardığı əməliyyatların miqyası artdıqca ABŞ hərbçiləri tərəfindən dəstəklənən PYD qruplaşmalarının bölgədə fəallığı da artır:

“Bu onu göstərir ki, ABŞ hər vəchlə regionda Türkiyənin fəaliyyətini məhdudlaşdırmağa çalışır. Ancaq Türkiyə PYD-nin əli ilə ona qarşı hazırlanan oyundan xəbərdardır və buna rəğmən əməliyyatları dayandırmaq niyyətində deyil. Maraqlıdır, artıq Türkiyə rəsmiləri bəyan ediblər ki, Amerika rəsmiləri ilə bu barədə danışıqlar aparmaq niyyətində deyillər. Mahiyyət açıqlanmasa, bu bəyanat onu düşünməyə imkan verir ki, ABŞ Türkiyəyə əməliyyatların həcmini azaltmaq və bir sıra digər təkliflər edib. Təkliflər daha çox PYD-nin mənafelərinə uyğun olduğu üçün Türkiyə Amerika ilə dialoqa getməyəcək. Digər tərəfdən, Türkiyənin məqsədi bölgədə təhlükəsizlik zolağı yaratmaqdır. İş orasındadır ki, bu zolağın ərazisində bir neçə Amerika hərbi bazası yerləşir. Bu bazaların taleyi isə sual altındadır. Türkiyə dəfələrlə Amerikadan həmin bazaları ərazidən yığışdırmağı tələb edib. ABŞ isə cari hərbi planlarında dəyişiklik etmək fikrində deyil. Bu fonda Suriyada birbaşa toqquşma ehtimalı yüksəkdir”.

Ekspert qeyd edib ki, Amerika hazırda PYD-nin əli ilə bölgədə möhkəmlənməyə çalışır:

“Buna görə də ABŞ PYD-nin Suriyada tutduğu mövqelərdən geri çəkilməsinə imkan vermir. Ancaq istənilən halda Türkiyə əməliyyatları dayandırmayacaq. Türkiyənin hədəfi təkcə Afrin deyil, eyni zamanda, Menbiç və digər bölgələrdir. Belə vəziyyətdə isə qeyri-müəyyənlik artır. Vəziyyətdən yeganə çıxış yolu Amerika və Türkiyə arasında birbaşa dialoqun təmin olunmasıdır. Bu, hələ ki müşahidə olunmur. Nə qədər ki, tərəflər ortaq məxrəcə gəlməyiblər, birbaşa toqquşmalar qaçılmazdır. Bu da zəncirvari reaksiyalara gətirib çıxaracaq”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Tillerson 15 fevralda Türkiyəyə səfər edəcək.

Tarix
2018.02.14 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla