Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2018


Qarabağla həqiqətlər bu ölkənin mediasında...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Malayziyanın Kommunikasiya və Multimediya Nazirliyinin nəzdində fəlaiyyət gösətərən Cənub-Cənub İnformasiya Qapısı Agentliyinin (SSIG) rəsmi internet saytında (www.ssig.gov.my) geniş məqalə dərc olunub.

Axar.az xəbər verir ki, ingilis dilində dərc olunan yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər əksini tapıb.

Qeyd edilib ki, Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsi zamanı öz qəddarlığı ilə seçilən ən dəhşətli, qanlı hadisədir. Faciə zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri tərk etməyə çalışan mülki əhaliyə qarşı hücuma keçərək onlarla amansız davranıb. Həmin müdhiş gecədən 26 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən heç biri hələ də beynəlxalq məhkəmə qarşısında cavab verməyib.

Məlumatlarda vurğulanır ki, Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Artıq dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Bildirilib ki, Azərbaycan ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq. Əgər düşmən işğal etdiyi ərazilərdən sülh yolu ilə çıxmasa, Azərbaycan Ordusu buna silah gücünə nail olmağa hazırdır.

Məlumatlarda faciənin 26-ci ildönümü ilə bağlı dünyanın müxtəlif yerlərində soydaşlarımız tərəfindən təşkil edilən aksiyalar barədə də söz açılıb.

Tarix
2018.02.14 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu artımın Tarif Şurası ilə əlaqəsi yoxdur - Ekspert

Merkelin Bakı səfəri: AB regiona diqqəti artırır

Paşinyanın son ümidi də puç olur: Tramp...

İran Ermənistana bu yardımı dayandırsa... - Millət vəkili

İlham Əliyevdən dost ölkəyə: İnkişaf edəcək

Prezidentdən BMT-yə məktub: Məni kədərləndirdi

İlham Əliyevdən Ərdoğana: Sizə olan sonsuz inam və etimad...

Bakı bu tarixi sənəddə çox fəal rol oynadı - Deputat

İlham Əliyev sərəncam imzaladı

Xəzər Konvensiyası: Hansı hissələr Azərbaycana məxsusdur?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla