Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 May 2018


26 il sonra kütləvi qırğınla bağlı qulaqbatırıcı sükut... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın www.atlantico.fr portalında “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 Azərbaycanlını qətlə yetirdiyi bildirilir.

Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etdikləri qeyd olunub.

Yaradıcılıqlarında Xocalı soyqırımına toxunmuş üç fransız – fotoqraf-jurnalist Reza Deqati, bəstəkar Pyer Tilua və rəssam Reno Baltzinger faciə ilə bağlı təəssüratlarını bölüşüblər.

Fotoqraf-jurnalist Reza Deqati Xocalı soyqırımı törədiləndə Ağdam və Şuşa şəhərlərində olmasından, yaxınlarından xəbər gözləyən insanlarla görüşündən, Xocalıda ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədlərinə işgəncə verilməsindən, onların təhqir edilməsindən danışıb. Gördüyü reallıqları fotoları vasitəsilə olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindən söhbət açıb.

Fransalı bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə bəstələdiyi “Khodjaly 613” musiqi əsərini qeyd edib. Faciə ilə bağlı sükutu pozmağa, musiqi vasitəsilə həqiqəti ictimaiyyətə çatdırmağa çalışdığını bildirib.

Rəssam Reno Baltzinger Xocalı soyqırımının məqsədli şəkildə törədildiyini, mətbuatın bu faciə ilə bağlı bilərəkdən susduğunu deyərək, Xocalı soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb. Xocalı kolleksiyasındakı əsərlərini Fransanın sabiq mədəniyyət naziri Oreli Filipettiyə təqdim etdiyini diqqətə çatdırıb. Xocalı cinayətinin cəzasız qalmasının ədalətsiz olduğunu bildirən rəssam böyük “Ağ əsər”i ilə Xocalı kolleksiyasını tamamladığını vurğulayıb. Həmin əsərin Fransada və Bakıda Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini diqqətə çatdırıb.

Tarix
2018.02.14 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyan Bakıya qarşı təxribat törətdi – Sərt cavab…

Doyl qəhrəmanının iti kimi Paris küçələrində…

İrəvan niyə məhz Naxçıvan istiqamətində təxribat törətdi?

MN-dən İrəvana cavab: Təxribatı ört-basdır etmək üçün...

Şəhid verdiyimiz təxribatla bağlı İrəvanın – Gülünc açıqlaması

Hacıyevin etirazına Zaxarovanın əxlaqına uyğun – Cavabı

Moskvadan Bakıya “təsadüfi görüş” cavabının – Məqsədi

Prezidentin əks-hücum bəyanatı hədəfə dəydi: İrəvan təşvişdə

Paşinyanın vədləri: hədəfə hansı pullarla çatacaq? - Ekspert

Türkiyədə 1919 metrlik bayraq heyrət doğurdu - Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla