Yuxarı

Bakının bu siyasəti Kremli niyə narahat edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Avropaya inteqrasiyası üçüncü dövlətin əleyhinə çevrilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Avropa Birliyi prezident seçkilərindən sonra Azərbaycanın tərəfdaşlıq haqqında sazişə imza atmasını istəyir:

“AB Bakını bu yöndə tələsdirir. Rusiya isə bu və ya digər formada eyhamla tərəfdaşlıq haqqında sazişi imzalamamağa çağırır. Moskvanın bunu hansı məntiqlə etdiyini bilmirəm. Əvvəla, Avropa Azərbaycan üçün viza sistemini sadələşdirir, ikincisi, birmənalı qaydada ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını dəstəkləyir və erməni qoşunlarının torpaqlarmızı tərk etməsini tələb edir. Üstəlik, Azərbaycanın Avropa Birliyi ilə ticarət əlaqələri çox genişdir. Xarici ticarət dövriyyəmizin 46 faizindən çoxu Avropanın payına düşür, neft və qazımız Qərb bazarlarına çıxır”.

Politoloq bildirib ki, ölkəmizin Qərb bazarlarında uğurlu oyunçuya, rəqabət gücünə malik olan dövlətə çevrilməsi bəzi dairələri narahat edir:

“Azərbaycanın Avropaya inteqrasiyası üçüncü dövlətin əleyhinə çevrilməyib. Bu razılaşma NATO-ya qoşulmaq anlamına gəlmir. Sadəcə, Azərbaycan böyük iqtisadiyyata malik ölkələr sistemi ilə qarşılıqlı ticarət, iqtisadi əlaqələr qurur. Rusiya ilə münasibətlərin daha da inkişafının tərəfdarıyıq. Bu, Bakının balanslaşdırılımış siyasətinə tamamilə uyğundur. Azərbaycan öz dövlətçiliyini inkişaf etdirməli, xaricə daha geniş açılmalı və yeni bazarlar uğrunda mübarizəyə qoşulmalıdır. Rəsmi Bakı bu siyasətində rahat hərəkət edir və etməlidir də. Çünki burada erməni presedenti də var. Rusiyanın müəyyən eyhamlarının bizə təsiri olmamalıdır. Çünki Azərbaycan Rusiya ilə münasibətlərə kölgə sala biləcək heç bir addım atmır. Əksinə, Rusiya ilə də ticarət əlaqələrini genişləndirməyə çalışır, bu ölkəyə tətbiq olunmuş sanksiyalar sisteminə qoşulmur. Yəni normal münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Azərbaycanın siyasətinin əsası bundan ibarətdir. Avropaya inteqrasiya nə ABŞ-la müttəfiqlik, nə də Rusiya maraqlarına qarşı çıxmaq deməkdir. Bu, birbaşa Azərbaycanı öz iqtisadi maraqlarından çıxış etməsi deməkdir. Bakı bu yoldan geri çəkilməyəcək. Çünki neft, qaz və iqtisadi əlaqələrimiz, həmçinin, yeni texnologiyaların taleyi məhz Avropa bazarlarında həll olunur”.

Tarix
2018.02.15 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla