Yuxarı

ABŞ hansı rus döyüşçüləri məhv edib? - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya itirdiyi əsgərlərin sayını gizlədə bilməz.

Bu sözləri rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov son zamanlar çoxsaylı rus əsgərinin ABŞ qüvvələri tərəfindən məhv edildiyi haqda mətbuatda yayılan məlumatları Axar.az-a şərh edərkən deyib.

Kuznetsov bildirib ki, bu gün Suriyada gedən müharibəyə bu və ya digər şəkildə cəlb olunmuş müxtəlif kateqoriyalı Rusiya vətəndaşları var:

“Onu da qeyd edim ki, bu adamlar orada müxtəlif hüquqi statusa malikdirlər. Əgər Suriyadakı rus diplomatları və çeşidli beynəlxalq humanitar təşkilatların əməkdaşlarını nəzərə almasaq, hazırda bu ölkədə əlində silah vuruşan iki kateqoriya vətəndaşlarımız mövcuddur: Rusiya hərbi qulluqçuları və özəl hərbi şirkətin əməkdaşları. Suriyanın qanuni hakimiyyətinin dəvəti ilə orada olan Rusiya hərbi qulluqçularının statusu beynəlxalq hüququn normaları, Haaqa və Cenevrə konversiyaları, Rusiya Federasiyasının daxili qanunvericiliyi və Rusiya-Suriya dövlətlərarası razılaşmaları ilə tənzimlənir. Bu gün əlində silah Suriyada döyüşən özəl hərbi şirkətlərin əməkdaşlarının isə statusu müəyyənləşdirilməyib. Onlar şəxsi təhlükə və riskləri nəzərə alaraq oradadırlar və Rusiya Cinayət Məcəlləsinə görə, onlar muzdlu əsgərdirlər. Özünüz də başa düşdüyünüz kimi, RF SQ və Rusiya vətəndaşlarından komplektləşdirilmiş özəl hərbi şirkətin Suriyadakı əməkdaşları arasında bir oxşar cəhət var - onlar bu və ya digər şəkildə bu ölkədə beynəlxalq terrorizmə qarşı vuruşurlar. Bununla da oxşarlıq bitir. Odur ki, Suriyadakı Rusiya Federasiyası hərbçiləri ilə özəl hərbi şirkətin canlı qüvvə itkiləri arasında fərq qoymamaq tamamilə ədalətsizlikdir”.

Kuznetsov bildirib ki, bu günədək Rusiya Federasiyası hərbçilərinin Suriyada canlı qüvvə itkisi Müdafiə Nazirliyinin rəsmi açıqlamalarına görə, 44 nəfər təşkil edir:

“Bu rəqəmi gizlətməyin əhəmiyyəti yoxdur, çünki milli qanunvericilik normalarına görə, döyüş əməliyyatlarında ölmüş hərbi qulluqçuların həlak olması ilə bağlı tələb olunan hüquqi rəsmi sənədləşməni asanlıqla yoxlamaq mümkündür. Bura cənazənin yaşadığı mənzilə çatdırılması, dəfn mərasimi, valideynlər və ya ailəsinə təqaüdün təyin olunması, uşaqlarının dövlət təhsil müəssisələrinə güzəştli qəbulu və s. Göründüyü kimi, bürokratik sənədləşdirmə o qədər çox və mürəkkəbdir ki, bu ölümləri gizlətmək mümkün deyil. Rusiyada belə bir deyim var – “qıyığı kisədə gizlətmək olmaz” (Cidanı çuvalda gizlətmək olmaz). Odur ki, bu məsələdə Müdafiyə Nazirliyinin məlumatına tam inanmaq olar.

Rusiya vətəndaşlarından yığılmış özəl hərbi şirkətlərin əməkdaşları arasında döyüş və ya xidməti itkilər məsələsi isə tamamilə başqa müstəvidə yerləşir. Onların tam dəqiq sayı işəgötürəndən başqa Dəməşqdə yerləşən Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarına məlumdur. Məsələ burasındadır ki, cəsədi Rusiyaya gətirmək üçün konsulluq xidməti olduğu dövlətin tibbi müəssisəsinin ölüm faktını təsdiqləyən və səbəbini açıqlayan arayış əsasında xarici pasportun əvəzinə ölüm haqqında şəhadətnamə verir. Əgər müharibədə adamdan bir şey qalmayıbsa, məsələn, mərmi və ya minaya düşübsə və cəsəd ələ gəlmirsə, vaxtında DNK analizi keçirilməyibsə, bu halda adam formal-hüquqi baxımdan xarici pasportun bitmə nüddətinə və üç il sonraya qədər itkin düşmüş hesab olunacaq. Bu müddətdən sonra məhkəmə yolu ilə onu ölmüş elan etmək olar. Bu məsələni sizə Rusiya qanunvericilik normalarına görə təfsilatı ilə təsvir etdim ki, oxucularınız başa düşsün ki, Suriyada yerləşən rus muzdurlarının ABŞ-in hava zərbələrindən sonra neçə nəfər itki verdiyini rəsmi mənbələrdən aydınlaşdırmaq üçün real imkan var. Lakin bu sorğunu Rusiya Müdafiə Nazirliyinə deyil, Xarici İşlər Nazirliyinə ünvanlamaq lazımdır. Qanunvericilikdə şəxsi məlumatları - ad və soyadı açıqlamağa qadağa qoyulduğundan, konkret dövr ərzində Rusiya vətəndaşlarına Dəməşqdə yerləşən konsulluq şöbəsi tərəfindən neçə nəfərə ölüm haqqında şəhadətnamə verildiyini öyrənmək və bu yolla Suriyada gedən döyüşlərdə iştirak edən özəl hərbi şirkətin real olaraq neçə əməkdaşının öldüyünü aydınlaşdırmaq olar”.

Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiyanın fevralın 7-də endirdiyi zərbələr nəticəsində Rusiyanın “Vaqner” özəl şirkətinin Suriyada döyüşən 600-ə yaxın muzdlusunun öldüyü barədə iddialar səngimək bilmir.

Tarix
2018.02.16 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla