Yuxarı

Yıldırım Berlində, Tillerson Ankarada: nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ABŞ rəsmilərinin Türkiyəyə kritik səfərləri və Türkiyənin Afrində apardığı hərbi əməliyyatların gedişatı ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Türkiyənin Afrində apardığı gərgin əməliyyatlar davam edir. Hazırkı gedişatı necə qiymətləndirirsiz?

- Türkiyə bölgədə öz maraqlarının qorunması, illərlə ölkənin təhlükəsiz və sabit imkişafına mane olan separatizm və terrorizmin kökünün kəsilməsi üçün ən sərt tədbirlərə əl atmaq, savaşmaq məcburiyyətindədir. Kürd separatçı və terrorçu qruplarının fəaliyyəti və bu qruplardan öz maraqları üçün istifadə edən güclərin riyakar davranışları Türkiyənin ərazi bütövlüyünü, bir dövlət kimi mövcudluğunu, təhlükəsizliyini təhdid altında qoyur. Bu vəziyyətlə barışmaq, müdafiə mövqeyində dayanmaq mümkün deyil. 1960-cı illərdən başlayaraq ən müxtəlif adlar və ideyalar arxasında pərdələnən kürd separatçı qrupları Türkiyənin ərazi bütövlüyünü hədəfə alıblar. Türkiyə 50 ildən artıqdır ki, separatizm və terrorizmlə mübarizə aparır. 1994-2016-ci illərdə PKK-nın Türkiyədə həyata keçirdiyi terror aktlarının sayı 40 minə yaxındır. Bu teraktlarda nə qədər günahsız insan həyatını itirib, dövlətə və vətəndaşlara nə qədər ziyan dəyib. Terror aktlarında və döyüşlərdə ölənlərin ümumi sayı 70 min nəfərə yaxındır. PKK ilə mübarizədə Türkyəyə dəyən ziyan 500 milyard dollar civarındadır. Bütün bunlar hələ təxmini rəqəmlərdir. Türk xalqının başqa yolu yoxdur, ya terrorun, separatizmin kökünü birdəfəlik kəsməli, ya da milyonlarla insanın qanı bahasına bu günə gəlib çıxmış dövlətindən əlini üzməlidir.

- Fevralın 15-də ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Nurəddin Canikli ilə görüşdü. Bundan cəmi bir gün sonra isə ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri oldu. Hər iki görüş maraqlı siyasi açıqlamalarla yadda qaldı. Nə baş verir?

- Hesab edirəm ki, son günlər ABŞ və Avropa İttifaqına üzv dövlətlərin rəsmiləri ilə keçiriən görüşlərin təməlində Türkiyənin terrorla mübarizədə tutduğu israrlı mövqe dayanır. Bu sırada ABŞ-ın müdafiə nazirinin PYD-YPG terror qruplaşmaları ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkmək istəyirəm. Bu yanaşma bir daha sübuta yetirir ki, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltin Nikaraquanın adamyeyən diktatoru Anastasio Samose haqqında söylədiyi “Samose köpək oğludur, amma bizim köpək oğludur” fikirləri bu gün də Ağ Evin xarici siyasətinin mahiyyətini ifadə edir. Vaşinqtonun məntiqi ilə PKK da, PYD-YPG də terrorçudur, amma PYD-YPG PKK-dan fərqli olaraq, ABŞ-ın öz terrorçularıdır. Təbii ki, bu yanaşma artıq dünyanın heç bir yerində qəbul edilmir. Bu gün dünya siyasətinin və təbii ki, qlobal güclərin geosiyasi maraqlarının bütün konturları ortadadır. İndi demokratiya və insan hüquqları adı altında oynanılan qanlı oyunları pərdələmək mümkün deyil. Dünyada artıq bu nağıllara inanan sadəlöhv dövlətlər də kifayət qədər təcrübə qazanıblar. Bu səbəbdən də Ankara açıq oynayır və müttəfiqlərinə oynanılan oyunların fərqində olduğunu və mövcud reallıqla barışmayacağını açıq şəkildə bəyan edir. Bu gün terrorizmə və separatizmə qarşı mübarizə aparan sadəcə Türkiyənin siyasi hakimiyyəti deyil, savaşı bütövlükdə türk xalqı aparır. “Zeytun budağı” hərəkatı ilə bağlı Türkiyənin bütün siyasi qüvvələri vahid mövqe sərgilədi. Təbii ki, separatçılar istisna olmaqla. ABŞ da, Almaniya da, Türkiyənin NATO üzrə digər müttəfiqləri də bunun fərqindədir. Türk xalqının vahid iradəsinə qarşı heç bir kənar qüvvə savaşa bilməz.

- Elçin müəllim, ABŞ-ın Dövlət katibi Reks Tillerson Türkiyədə səfərdə olarkən qardaş ölkənin Baş naziri Binəli Yıldırım Almaniyada kansler Angela Merkellə bir araya gəldi. Zamanlama təsadüfdürmü və ya bu səfərin alt qatında nələr dayanır?

- Türkiyənin Almaniya ilə münasibətlərinə gəldikdə, rəsmi Berlinin bu günə qədər yürütdüyü siyasət müttəfiqlik anlayışından kifayət qədər uzaq olub. Türkiyə Almaniya üçün çox önəmli bir ölkədir və bəlkə də həyati əhəmiyyət kəsb edən bir dövlətdir. Bu iki ölkənin münasibətlərinin normal məcraya düşməsi Türkiyə-Avropa İttifaqı münasibətləri baxımından da önəmlidir. Zənnimcə, artıq daşları toplamaq zamanı gəlib. Regionda çox önəmli və dünyanın düzənini dəyişən proseslər baş verir. Bu zaman kəsiyində Avropanın Türkiyəyə, Türkiyənin isə Avropaya ehtiyacı var. Ortaq iqtisadi maraqlar, enerji təhlükəsizliyi və digər önəmli məsələlər münasibətlərin normal məcraya yönəldilməsini zəruri edir. Ola bilsin ki, son təmaslar da məhz bu zərurətdən qaynaqlanır.

Tarix
2018.02.17 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla