Yuxarı

Elmar Məmmədyarov Hanla görüşdü: Qarabağ...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfərini xatırladıb, bu səfərin Azərbaycan və Avropa Ittifaqı arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində bütün tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycanın vahid prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə ifadə olunan dəstəyin təqdir olunduğunu deyib. Elmar Məmmədyarov həmsöhbətə bu il aprelin 11-də Konstitusiyaya uyğun olaraq ölkəmizdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumat verib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair Saziş layihəsi üzrə aparılan danışıqlara toxunulub.

Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar və Bakıda fevralın 15-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının uğurla keçdiyini vurğulayıblar. Uzlaşma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində Bakı-Tiflis-Qars dəmir yolu və Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb. Enerji məsələləri ilə bərabər təhlükəsizlik və nəqliyyat sahələrində də Aİ ilə Azərbaycan arasında dialoq mexanizminin yaradılması müsbət addım kimi qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cari danışıqlar barədə məlumata verərək işğala əsaslanan mövcud status-kvonun dəyişdirilməsi və münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2018.02.17 / 22:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla