Yuxarı

Bakının Münhendə hədəfi: Qarabağda savaş...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen konfransı əslində bir dialoq meydançasıdır.

Bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bu dialoq platformasının çox vacib bir format olduğunu diqqətə çatdırıb:

“Bu formatın üstünlüyü ondan ibarətdir ki, müxtəlif ölkələrlə yanaşı, münasibətləri pis olan dövlətlər də burada dialoq aparmaq şansına malikdirlər. Bu dialoq əsnasında praktik əhəmiyyətli qərarların qəbulu və bu nəticələrin real siyasətdə əksini tapması mümkündür. Hazırda ABŞ, Türkiyə və Avropanın nüfuzlu nümayəndələri açıq söhbət aparırlar. Konfransda iştirak edən şəxslər öz ölkələrində kifayət qədər nüfuza sahibidirlər və onların geri dönəndən sonra mövcud siyasətlərinə korrektələr edəcəkləri istisna deyil”.

Politoloq Azərbaycanın Münhen konfransında çatmaq istədiyi əsas hədəfləri də açıqlayıb:

“Azərbaycan Cənubi Qafqazda xüsusi rol oynayır. Regiona maraq göstərən digər oyunçuların Bakı ilə müxtəlif məsələlər ətrafında birbaşa fikir mübadiləsi aparmaları üçün əlverişli mühit yaranıb. Artıq neçə illərdir ki, əsas aktual məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və Qarabağ ətrafında yaranmış vəziyyətdir. Müharibə riski artır. Azərbaycan üçün yaxşı bir fürsət yaranıb ki, öz tərəfdaşlarına Ermənistanın destruktiv siyasətinin nəticələrini göstərsin və növbəti mesajını versin. Yəni Azərbaycanın tərəfdaşları regionda doğurdan da öz maraqlarını qoruyub saxlamaq və inkişaf etdirmək istəyirlərsə, onda Qarabağ problemini nəzərə almalı və Ermənistana təzyiq göstərməlidirlər. Çünki müharibə baş verərsə, bunun əsas səbəbkarı Ermənistan və onun siyasəti olacaq. Bu müharibə isə bilavasitə iri oyunçuların maraqlarını təhlükəyə atacaq. Azərbaycanın əsas məqsədi məhz bu mənfi təsirlərin mahiyyətini dünyanın diqqətinə çatdırmaqdır”.

Qeyd edək ki, febralın 16-da Bavariyanın paytaxtında Təhlükəsizlik üzrə növbəti, 54-cü Münhen konfransı işə başlayıb.

Bu il forumda 500-dən çox qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı, 80-ə yaxın xarici işlər və müdafiə naziri iştirak edir.

Konfransın əsası NATO-ya üzv dövlətlərin “müdafiə qurumları nümayəndələrinin iclası” kimi 1963-cü ildə qoyulub.

Azərbaycanı konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.

Tarix
2018.02.18 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla