Yuxarı

ABŞ bu məsələdə Türkiyəyə güzəşt etməyəcək... - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ilə bağlı məsələlərdə Türkiyə ilə Amerika arasında müəyyən bir həmrəylik müşahidə olunur.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə səfərinin təfərrüatı gizli saxlanılsa da, Ankaranın Vaşinqtona bir sıra təkliflər irəli sürdüyü istisna deyil:

“Suriya ilə bağlı məsələlərdə Türkiyə ilə Amerika arasında müəyyən bir həmrəylik müşahidə olunur. Bunun da mahiyyəti ondan ibarətdir ki, Amerika Türkiyə sərhədlərinin təhlükəsizliyi prinspini qəbul edib və mümkün qədər əməliyyatları tez başa çatdırmağı xahiş edib”.

Politoloq bildirib ki, ABŞ və Türkiyə arasında Fətullah Gülənin ekstradisiyası məsələsində ciddi fikir ayrılıqları qalmaqdadır: “Amerika Gülən məsələsində güzəştə getmək fikrində deyil”.

Q.Hüseynli qeyd edib ki, Tillersonun Türkiyə səfəri əsnasında aparılan ətraflı fikir mübadiləsinin nəticələri olacaq:

“Birincisi, Amerika Türkiyəyə indiyə qədər satmadığı silahları verməyə hazırdır. İkincisi, hesab edirəm ki, Tillersonun Türkiyə səfərindən sonra Amerika Suriya ilə, Türkiyə isə Rusiya ilə bağlı məsələlərdə öz mövqeyini dəqiqləşdirəcək”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson fevralın 15-də Türkiyəyə ikigünlük səfər edib.

Tarix
2018.02.19 / 12:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla