Yuxarı

Putin və Ərdoğan anlaşmadı: Əsəd ordusu gəlir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Astana prosesi ilə Cenevrə prosesi arasında böyük təzadlar yaşanır. Nizami qüvvələr, ordular, generallar ancaq siyasi dairələrə tabedirlər və onların əmrlərini yerinə yetirirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Astana prosesinin iştirakçıları - Rusiya, Türkiyə və İran arasında formal razılığa baxmayaraq, böyük anlaşılmazlıqlar var:

“Birincisi, yaradılmış üç deeskalasiya zonası kövrək vəziyyətdədir. İkincisi, tərəflər üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilmirlər və ya yetirmək istəmirlər. Digər tərəfdən isə həmin o üç deeskalasiya zonasına olan basqı, reaksiyalar və hərbi hücumlar vəziyyəti qeyri-stabil edir. Məsələ ondadır ki, ABŞ Astana prosesinin nəticələrini qəbul etmir. İndi Afrin ətrafında mübarizə də ondan ibarətdir ki, oradakı kürd dəstələri Amerikanın bilavasitə köməyi ilə möhkəmlənirlər. Bu isə birbaşa Amerikanın bölgədə möhkəmlənməsi deməkdir. Düzdür, guya üzdə Türkiyə Amerika ilə bu məsələni razılaşdırmayıb. Əslində, keçmiş müttəfiqlər bu işdə bir-birlərinə maneçilik törətmirlər”.

Politoloq bildirib ki, bütün tərəfləri narahat edən Rusiya və İran qoşunlarının təmsilçilərinin Suriyada olmasıdır:

“Suriya ordusu öz müttəfiqləri ilə artıq Afrin tərəfə istiqamət alıb. Siyasilər razılığa gəlməsələr, onda hərbi toqquşmalar mütləq şəkildə baş verəcək. Biz yenə Suriya meydanında gərginliyin artmasının şahidi olacağıq. Əgər Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışıqlarında prinsipial anlaşma əldə olunmayıbsa, demək, həqiqətən də vəziyyət pisə doğru gedir”.

Qeyd edək ki, ötən gün Suriya Dövlət Televiziyası Əsəd rejiminə bağlı olan qüvvələrin yaxın saatlarda Afrinə girəcəyini açıqlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığı zamanı Putinə Türkiyənin Afrində planlaşdırdığı şəkildə əməliyyatı həyata keçirməkdə qərarlı olduğunu bildirib.

Tarix
2018.02.20 / 14:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla