Yuxarı

Amerikan nəşri Xocalıdan yazdı: Dünyanın unuda bilmədiyi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “The Daily Caller” nəşri siyasi şərhçi və bu yaxınlarda işıq üzü görmüş “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Dünyanın unuda bilməyəcəyi qətliam” sərlövhəli məqaləsini dərc edib.

Axar.az xəbər verir ki, məqalədə erməni silahlı qüvvələri, quldur dəstələri və 366-cı motoatıcı alayın Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdikləri qətliamdan bəhs edilir. Müəllif yazır ki, insanların kütləvi şəkildə qətlə yetirilməsi hazırda internet sayəsində KİV-də dərhal yayılır, lakin 1992-ci ildə bu imkanlar yox idi.

Kontreras qeyd edir ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni qoşunları 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinə hücum etdi. Üç min əhalisi olan şəhəri onlarca polis və yeniyetmə yaşlarında könüllülər müdafiə edirdi. Erməni qoşunları şəhəri hər gün artilleriya atəşinə tuturdu. Xocalıda faciə baş verənədək beş ay müddətində şəhər Azərbaycanın əsas hissəsindən ayrı düşmüş və tam blokada şəraitində qalmışdı. Ekspert vurğulayır ki, heç bir nəqliyyat vasitəsi Xocalıya girə və oradan çıxa bilmirdi.

Ermənistan bu günədək Xocalı sakinlərinin şəhəri tərk etməsi üçün onların guya “təhlükəsiz keçid” haqqında məlumatlandırıldığını iddia edir. Kontreras yazır ki, lakin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə məhz bu “təhlükəsiz dəhliz”də 613 kişi, qadın və uşaq pulemyot, tüfəng, bıçaq və süngü ilə qətlə yetirilib.

Qətliamdan bir neçə saat sonra amerikalı jurnalist Tomas Holts helikopterlə faciənin baş verdiyi yerə gedib və orada dinc sakinlərin hər yerə səpələnmiş cəsədlərini görüb. Holtsun faciə haqqında məqaləsi “Washington Post” qəzetinin 1992-ci il 27 fevral nömrəsində sayında dərc olunub. Bundan sonra Londonun “Sunday Times”, ABŞ-ın “New York Times” qəzetlərində, “Time” jurnalında və Qərbin digər nəşrlərində məqalələr çıxıb. Müəllif yazır ki, 1948-ci il Soyqırımı haqqında Konvensiyasına əsasən Xocalı qətliamı soyqırımı aktıdır.

Sonra Kontreras kitab və məqalələrdən erməni silahlı dəstələrinin Xocalıda dinc əhalinin məhv edilməsində rolunu təsdiqləyən sitatlar gətirir. Bədnam reputasiyalı beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu” kitabından Melkonyanın komandanlığı altında erməni silahlılarının Xocalının işğalı zamanı azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərkən törətdikləri vəhşilikləri təsvir edən bir parça verilib. Həmçinin Tomas de Vaalın “Qara bağ” kitabından Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın dinc əhalinin məhv edilməsində ermənilərin rolunu etirafı etməsi və ermənilərin “məsumluğu” haqqında stereotipin dağılması ilə fəxr etməsi haqqında sitat gətirilir. Məqalədə “Human Rights Watch” təşkilatının icraçı direktoru Holli Kartnerin Ermənistan Xarici İşlər Nazirliyinə cavab məktubundan bir hissəyə də yer verilib. Məktubda dəqiq vurğulanır ki, “...biz mülki əhalinin qətlə yetirilməsində birbaşa məsuliyyəti Qarabağdakı erməni silahlı dəstələrinin üzərinə qoyuruq... Hücum şəraiti göstərir ki, erməni qoşunları və MDB-nin (Rusiyanın – red.) 366-cı alayının bölmələri Xocalıda qətliam törədiblər”.

Tarix
2018.02.22 / 22:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla