24 saat ərzində rus hərbçiləri bir neçə istiqamətdə hücum etdi
01:08
Ana səhifə Gündəm |
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Hörmətli xanım Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm" - təbrikdə qeyd edilir.
Tarix
2018.02.23 / 18:19
|
Müəllif
Axar.az
|