Yuxarı

150 min azərbaycanlı deportasiya olunub... - İtaliya mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun saytında Xocalı soyqırımından bəhs edən “Xocalı soyqırımı cəzasız bir cinayətdir” sərlövhəli analitik məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalənin müəllifi Bakı Dövlət Universitetinin tədqiqatçısı, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir.

Analitik yazıda Xocalı soyqırımı tarix, siyasət və beynəlxalq hüquq müstəvisində təhlil olunur, faciənin səbəb və nəticələri göstərilir. Müəllif qeyd edir ki, Azərbaycan xalqı təxminən 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Dinc azərbaycanlılar əzəli-əbədi yurd yerlərindən qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub və Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə 250 min azərbaycanlı yaşadığı ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, Xocalı faciəsi erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsidır.

Məqalədə XX əsrin faciəsi olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə bir sırada qiymətləndirilir.

Müəllif Xocalı soyqırımının ən əsas səbəblərindən birini Xocalının qədim yaşayış məskəni, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrədək tarix və mədəniyyət ənənələrini özündə əks etdirməsi ilə bağlayır. Məqalədə deyilir: “Ermənilər çox yaşı bilirdilər ki, bu silsilədə qırılmaz inkişafı davam etdirən Xocalı-Gədəbəy mədəniyyəti özündən əvvəlki mədəniyyətlərin xüsusiyyətlərini saxlamış və özündən sonrakı mədəniyyətlərin yaranmasında bünövrə qoymuşdur. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının, Xocalı kurqanlarının ağır texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır”.

Məqalədə nəticə olaraq qeyd edilir ki, 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasına əsasən, Xocalı soyqırımının təşkilatçıları və iştirakçıları, bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasi, Avropa Şurası kimi mötəbər qurumlar, Xocalı soyqırımını tanımayan dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

Tarix
2018.02.24 / 01:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla