Yuxarı

Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə... – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycana olan münasibətinin eynisini İrandan tələb etməyə haqqımız var.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan indiki dönəmdə İranla daha çox ticarət əlaqələrini inkişaf etdirməlidir:

“Azərbaycan İran üçün çox böyük həyati əhəmiyyətə malik olacaq Şimal-Cənub dəmir yolu layihəsinin reallaşmasına böyük köməklik göstərir. Hətta Astara çayı üzərində körpü ortaq tikilməli olduğu halda, Azərbaycan bu işi təkbaşına yerinə yetirdi və 40 milyon dollardan çox vəsait xərclədi. İndi isə Bakı İrana çox cuzi faizlə yarım milyard dollar vəsait verir ki, Tehran Astara-Rəşt dəmir yolunun inşasını sürətlə başa çatdırsın. Bütün bunlar çox önəmli məsələlədir”.

Politoloq bildirib ki, İran Şimal-Cənub dəmir yolu layihəsindən Azərbaycandan daha çox gəlir əldə edəcək:

“Bakı bunun əleyhinə deyil, dövlətlər əməkdaşlıq edir və bundan da öz bəhrələrini götürürlər. Məsələ burasındadır ki, Azərbaycan həm də quru yolları ilə İranı Rusiya və Avropa ilə birləşdirir. Azərbaycan hətta sanksiyalar dövründə də İranla ticarət əlaqələrini dayandırmadı. Tehran Bakının bütün bu jestlərini nəzərə almalıdır və unutmamlıdır ki, bizi tarixi köklər, mədəniyyət birliyi, hətta orada yaşayan azərbaycanlıların timsalında dil birliyi birləşdirir. O üzdən də hesab edirəm ki, bir çox əlamətlərə görə, Türkiyənin Azərbaycana münasibətinin eynisini İrandan da tələb etməyə haqqımız var”.

Tarix
2018.02.24 / 09:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla