Yuxarı

Bu anti-təbliğatın qarşısını almaq üçün... - Komitə sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndərimiz Heydər Əliyevin başladığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycan dövləti az bir vaxtda ermənilərin anti-Azərbaycan təbliğatının zəiflədilməsinə, bəzi məqamlarda isə ifşa edilməsinə nail olub.

Axar.az xəbər verir ki, bu sözləri yap.org.az-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, “Xocalıya ədalət” kampaniyası bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb:

"Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırımı kimi tanıyıb".

Komitə sədri qeyd edib ki, Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizlə bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə il ərzində müxtəlif formatlı tədbirlər keçirilib, xarici ölkələrin kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar yayımlanıb.

Tarix
2018.02.24 / 19:34
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla