Yuxarı

Nazirlər Xocalı şahidini ayaq üstə dinlədi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, millət vəkilləri, xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Bildirilib ki, "Qarabağın səsi" aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri təqdim olunub. Münsiflər Heyəti tərəfindən fevralın 15-də həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması məqsədilə seçim mərhələsi keçirilib. Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən əsərlər təqdim olunub.

Sərgidə seçim mərhələsindən keçən 110 müəllifin 120 əsəri nümayiş etdirilib.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına "Qarabağın səsi" aksiyası layihəsinin kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri, Xocalı soyqırımı ilə bağlı hazırlanmış ədəbi-bədii proqram təqdim olunub. Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər səslənib. Xocalı sakini Rəhilə Quliyeva çıxışında şahidi olduğu faciədən danışıb. Sonda "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq çəkilən "Dərdimi çəkirəm" filmi nümayiş etdirilib.

Tarix
2018.02.24 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla