Yuxarı

ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Jewish Journal” qəzeti Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin “Xocalı qətliamı: Azərbaycan yəhudisinin düşüncələri” sərlövhəli məqaləsini dərc edib.

Axar.az xəbər verir ki, məqalədə Xocalıda dinc sakinlərin kütləvi qətlə yetirilməsi və bütünlükdə Azərbaycana qarşı erməni təcavüzündən bəhs edilir. Müəllif yazır ki, 1990-cı illərdə güclü müttəfiqlərinin dəstəyi ilə Ermənistan Azərbaycanın suveren ərazisinin 20 faizini işğal edə bildi. BMT Təhlükəsizlik Şurası zəbt olunmuş torpaqların yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunan bu qanunsuz hərbi işğal faktını pislədi.

Yevdayev qeyd edir ki, Holokostdan sonra bəşəriyyət Xocalıda dinc sakinlərin kütləvi qətliamı kimi faciələrin qarşısını almalı idi.

Azərbaycan yəhudiləri icmasının lideri yazır ki, bir neçə il əvvəl BMT Baş Assambleyasının Holokost qurbanlarının xatirə gününə həsr olunmuş iclasında çıxış edən İsrail Prezidenti Reuven Rivlin dünya ictimaiyyətinə sualla müraciət edib: “Soyqırımına qarşı bizim mübarizəmiz, bu Assambleyanın mübarizəsi nə dərəcədə səmərəlidir? Bosniyada bu mübarizə kifayət qədər səmərə verdimi? Xocalıda azərbaycanlıların qətlə yetirilməsinin, Əfqanıstan vətəndaşlarının taliblər tərəfindən öldürülməsinin qarşısının alınmasında səmərəli oldumu? Bu gün Suriyada kifayət qədər səmərəlidirmi? Yaxud Nigeriyada “Boko Haram”ın vəhşilikləri qarşısında? Biz daha çox göz yaşı tökürük və bu vəhşiliklərin qarşısını almaq üçün daha az iş görürük”.

Yevdayev qeyd edir ki, İsrail Prezidentinin Xocalıda və bütün Azərbaycanda insanların kütləvi şəkildə qətlə yetirilməsini xatırlatması təsadüfi deyil. Azərbaycanla İsrail arasında möhkəm dövlətlərarası əlaqələr mövcuddur. Müəllif yazır ki, Qarabağ müharibəsi zamanı çox sayda azərbaycanlı yəhudi könüllü olaraq erməni işğalçılarına qarşı döyüşüblər. Azərbaycanın məşhur qəhrəmanı Albert Aqarunovu xüsusilə qeyd etmək olar.

Məqalənin sonunda Yevdayev ermənilərin işğal etdikləri torpaqların azad olunacağına və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına ümidvar olduğunu bildirir.

Tarix
2018.02.25 / 01:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla