Yuxarı

ABŞ-ın Rusiyaya sanksiyası: Türkiyə də hədəf ola bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin iyulunda ABŞ Konqresinin qəbul etdiyi və avqustun 2-də Prezident Trampın imzalaması ilə qüvvəyə minən sanksiya qanunu var. Həmin qanunda təkcə Rusiyaya qarşı deyil, bu ölkə ilə iqtisadi-ticari və hərbi sahələrdə iri məbləğlərlə ölçülən sövdələşmələrə gedən üçüncü ölkələrə qarşı da sanksiyaların tətbiqi nəzərdə tutulur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli ABŞ Maliyyə Nazirliyinin hazırladığı yeni sanksiyaların nələri ehtiva edə biləcəyi barədə şərhində deyib. Politoloq bildirib ki, indi ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti buna əsasən konkret sanksiyaların tətbiqinə başlamağa hazırlaşır:

“Sanksiyalara məruz qalacaq ölkələr arasında Rusiya ilə S-400 zenit-raket komplekslərinin satın alınmasına dair anlaşma əldə edən Türkiyə də ola bilər. Hazırda Vaşinqton Ankaranın bu sövdələşmədən vaz keçməsinə çalışır. Eləcə də bir sıra başqa dövlətlər də var ki, Rusiyadan silah idxalı ilə bağlı razılaşma əldə ediblər və ya Rusiyadan silah almağa hazırlaşırlar. ABŞ bu dövlətlərlə də danışıqlar apararaq onları öz niyyətlərindən geri çəkilməyə vadar etmək istəyir. Bu baş tutmasa, həmin ölkələrə sanksiyaların tətbiqi mümkündür.

Digər tərəfdən, sanksiya qanunu əsasında yanvarın sonunda ABŞ hökuməti “Kreml hesabatı” deyilən, Rusiya rəsmi şəxsləri və iş adamlarından ibarət geniş siyahı açıqladı. ABŞ Maliyyə Nazirliyi hazırda bu siyahıdakı bəzi rəsmilərə və oliqarxlara qarşı fərdi sanksiyaların tətbiqi üzərində işləyir. Böyük ehtimalla, yaxın həftələrdə biz Putinə yaxın bəzi oliqarxlara qarşı sanksiyaların şahidi olacağıq. Sanksiyalar onların və əgər varsa, ailə üzvlərinin ABŞ-dakı mal varlıqlarının dondurulması, ABŞ-a səfər qadağası, bu şəxslərin ABŞ bank-dollar sistemindən istifadə edərək ticarət aparmasına qadağa qoyulması şəklində ola bilər”.

Politoloqun sözlərinə görə, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etmiş Rusiya vətəndaşlarına qarşı da sanksiyaların tətbiq olunacağı şübhəsizdir:

“Ötən günlərdə bu barədə təhqiqat aparan xüsusi prokuror Robert Müller 13 Rusiya vətəndaşına qarşı rəsmi ittiham irəli sürdü. Həmin şəxslərə, eləcə də onların işini təşkil etmiş, maliyyələşdirmiş Putinin keçmiş şəxsi aşpazı, iş adamı Yevgeni Priqojinə qarşı yeni sanksiyaların tətbiqi gözləniləndir”.

Ş.Cəfərli qeyd edib ki, gözlənilən digər sanksiya isə 2017-ci ilin iyulunda əvvəlcə Ukraynaya qarşı təşkil olunan, daha sonra Avropa və ABŞ-da da yayılan “NotPetya” virusu vasitəsilə kiberhücumla əlaqədar olacaq:

“Qərb bu kiberhücumları Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) təşkil etdiyini bildirir. Bu səbəblə virusun yayılmasında əli olan QRU rəsmilərinə və digər şəxslərə də sanksiya tətbiq oluna bilər”.

Qeyd edək ki, ABŞ Maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaların hazırlandığını və bir neçə həftə ərzində bu barədə məlumat veriləcəyini bildirib.

Tarix
2018.02.25 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla