Yuxarı

Xocalı ilə bağlı tükürpədən - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi Xocalı Soyqırımının 26-cı ildönümünü anmaq məqsədi ilə “Xocalının səsi ol” adlı videoçarx hazırlayıb.

Report xəbər verir ki, videoçarxın əsas məqsədi Xocalı Soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Bu məqsədlə İstanbulda təhsil alan xarici tələbələr könüllü olaraq, layihədə iştirak edib və soyqırımın sadəcə Azərbaycana qarşı deyil, o cümlədən bütün insanlığa qarşı törədilmiş bir cinayət olduğunu vurğulayaraq Xocalının səsi olublar.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib. Erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər (106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar) öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib.

Tarix
2018.02.25 / 19:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla