Yuxarı

Yəhudilər "Ana harayı" abidəsini ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də Azərbaycandakı Yəhudi dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.

Axar.az xəbər verir ki, Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmaların adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub.

Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Bakı Dağ Yəhudiləri Dini İcmasinin sədri Milix Yevdayev deyib: “Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahsız azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt unudulmayacaq”.

Tarix
2018.02.25 / 20:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla