Yuxarı

Xocalı qatili “Arabo” batalyonu necə darmadağın edildi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı soyqırımının 26 ili tamam olur. 1992-ci ildə baş verən soyqırımda Ermənistanın sonrada məhşurlaşacaq komandirləri iştirak ediblər. Bu şəxslərdən bir çoxu indiyə qədər Ermənistanda mühüm vəzifələrdə çalışır. Onların bəziləri dolayı yolla Xocalı soyqırımında iştiraklarını etiraf da ediblər.

Axar.az Xocalı soyqırımında birbaşa və dolayısı yolla iştirak edən şəxsləri təqdim edir:

1. Manvel Yeqiazaryan – Qarabağdakı döyüşlərdə iştirak edən “Arabo” batalyonunun rəhbəri olub. Batalyon 200 nəfərdən təşkil edilib. 1989-cu ildə yaradılan batalyon Xocalı soyqırımında birbaşa iştirak edib. Bu batalyon 1992-ci ilin 29 iyununda Əsgəran yaxınlığından Gəncə batalyonu tərəfindən tam məhv edilib. Gəncə batalyonunun mühasirəsinə düşən “Arabo”nun 160 döyüşçüsü öldürülüb, rəhbəri Yeqiazaryan isə bir neçə döyüşçüsü ilə mühasirədən çıxaraq qaça bilib. İrəvan sonradan yaydığı məlumatda ölənlərin 83 nəfər olduğunu bildirib və Yeqiazaryan da bunu təsdiq edib. Lakin bir müddət sonra Yeqiazaryan batalyonun tam məhv edildiyini etiraf etməyə məcbur olub. Hazırda Ermənistanda hərbi ekspert kimi çıxış edir.

2. Polkovnik-leytenant Yuri Zarviqorov – 1990-1992-ci illərdə keçmiş 366-cı motoatıcı alayına rəhbərlik edib. Qarabağ savaşı zamanı alayın 630 şəxsi heyətindən 129-u zabit və gizirlər olub. Zabit və gizirlərdən 49 nəfəri isə erməni millətini təmsil edib. Alayın Xocalı soyqırımından bir neçə gün sonra Gürcüstana dislokasiya olunması barədə əmr verilib. Alay Qarabağı tərk edərkən erməni zabitlərin və erməni hərbi birləşmələrinin hücumuna məruz qalıb. Vaziani bazasına gələn qruplaşma 1992-ci ilin martın 10-da ləğv edilib.

3. Seyran Ohanyan - əslən Azərbaycanın Şuşa şəhərindəndir. 1988-ci ildə Qarabağdakı 366-cı motoatıcı alayda xidmətə başlayıb. 1990-cı ildə bu alayın 2-ci batalyonunun rəhbəri olub. Xocalıya hücumda iştirak edib. Məhz Ohanyan alayın tərkibindəki erməni zabit və gizirlərə birbaşa nəzarət edən şəxs sayılır. Xocalıdan sonra Ohanyanın hakimiyyətdəki nüfuzu yüksəlməyə başlayıb. O, 2007-2008-ci illərdə Ermənistan ordusunun Baş Qərargah rəisi, 2008-2016-cı illərdə isə müdafiə naziri olub. Sərkisyanın onu vəzifəsindən azad etməsindən sonra müxalifətə keçib, amma uğur qazana bilməyib. Bəzi mənbələrə görə, hazırda Rusiyada yaşayır.

4. Robert Köçəryan - əslən Azərbaycanın Xankəndi şəhərindəndir. Qarabağın Ermənistana birləşdirilməsinin tərəfdarı olan “Miatsum” hərəkatının rəhbəri olub. Xocalı soyqırımında birbaşa iştirak etməsə də, onun ideya müəllifləri sırasındadır. Köçəryan təkcə Azərbaycana yox, erməni xalqına qarşı da xəyanətdə iştirak edib. Məhz onun vasitəsilə Ermənistanda hakimiyyət çevrilişi olub, parlamentdə terakt törədilib, eləcə də dinc əhaliyə qarşı atəş açılıb (2008-ci il 1 mart). Məhz Köçəryan Ermənistanın Rusiyanın “forpost”una çevrilməsi prosesinin başlanğıcını qoyub. Hazırda bizneslə məşğuldur və zamanını daha çox Moskvada keçirir.

5. Arkadi Karapetyan - əslən Azərbaycanın Xankəndi şəhərindəndir. Ermənilərin Azərbaycana qarşı fəaliyyətini aktivləşdirən “Krunk” cəmiyyətinin sədr müavini olub. Qarabağ savaşı zamanı Qarabağdakı erməni hərbi birləşmələrinə rəhbərlik edib. Xocalı soyqırımının iştirakçılarından biridir. Polkovnik Karapetyan indiyə qədər Xankəndində yaşayır.

6. Movses Akopyan - əslən Azərbaycanın Xocavənd rayonunun Çartar kəndindəndir. Qarabağ müharibəsinə qədərki dövrdə Mərkəzi Asiyada xidmət edib. Sonradan 366-cı motoatıcı alayda xidmətə başlayıb. Xocalı soyqırımında birbaşa iştirak edib. Akopyan hazırda general-polkovnik rütbəsi daşıyır. 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir.

7. Serj Sərkisyan - əslən Azərbaycanın Xankəndi şəhərindəndir. 1989-1993-cü illərdə Qarabağ özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. Xocalı soyqırımının törədilməsinin əsas günahkarlarından biridir. Serj Sərkisyan Xocalı soyqırımını erməni elitasının qəsdən törətdiyini etiraf edib. O, 2008-ci ildən indiyə qədər Ermənistan prezidentidir.

Qeyd edək ki, adı yuarıda göstərilən şəxslər Xocalı soyqırımında iştirak edən tanınmışlardır. Bu soyqırım hazırda o qədər də tanınmayan yüzlərlə erməni hərbçisinin əli ilə törədilib.

Tarix
2018.02.26 / 14:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla