Yuxarı

Xocalı ilə bağlı növbəti - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 26-da Azərbaycanda Atatürk Mərkəzində “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək çərçivəsində Azərbaycanın tanınmış QHT-lərindən – “Xocalı soyqırımını tanıtma”, “Türk Dünyası İnfo”, “Borçalı”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Qafqaz media”, “Dinc dünya”, “Müasir İnkişaf”, “Jurnalist Araşdırmaları Mərkəzi”, “Ortaq Dəyərlər”, “Azərbaycan Qaçqınlar Cəmiyyəti”, “Türkiyə Universitetləri Məzunları”, “Azərbaycan Yazarlar Klubu”, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai birliklərinin və Müvəkkil Hüquq Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” kampaniyası nəticəsində dünya dövlətləri tərəfindən soyqırımı faktının tanınması ilə bağlı çox böyük işlər görüldüyünü vurğulayıb.

N.Cəfərov beynəlxalq təşkilatların diqqətini soyqırımı törədənlərin cinayətlərinə cəlb etməklə onların beynəlxalq tribunal qarşısında cavab vermələrini tələb edən QHT-lərin bu təşəbbüsünü yüksək qiymətləndirib.

Tədbirin aparıcısı, yazıçı-publisist, “Borçalı” İctimai Birliyinin sədri Şərif Kərimli ermənilərin törətdikləri vəhşiliklər barədə danışaraq, XVIII əsrdən başlanan erməni terrorizmi barədə maraqlı faktlar səsləndirib.

Tədbirdə QHT rəhbərlərindən Çingiz Bayramov, Dəyanət Osmanlı, Elçin Hüseynbəyli, Səməd Vəkilov, Əlisəfa Mehdiyev, Hacı Azadə-Taleh Abbasqızı, Şamil Sabiroğlu, Radə Abbas, 1992-ci ildə Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev, Xocalı sakini, ailəsindən 5 nəfər şəhid vermiş Fitat Məmmədova, Kərkükdən, Türkiyədən gələn qonaqlar, tanınmış jurnalistlər, yazıçılar və digərləri çıxış ediblər. Bildirilib ki, erməni təcavüzü nəticəsində itirilmiş torpaqlarımızı geri alanadək və Ermənistan kimi terrorçu dövlətin cinayətkar rəhbərlərinin ədalət məhkəməsində dayanacaqları günədək Xocalıya ədalət uğrunda mübarizə beynəlxalq müstəvidə davam etdirilməlidir.

Tədbirin sonunda “Xocaliya ədalət!” beynəlxalq kampaniyasina dəstək olaraq qeyri-hökumət təşkilatları birgə bəyanat imzalayıblar.

Tarix
2018.02.26 / 22:08
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla