Yuxarı

İsa Sadıqov 11 şəhidimizdən sarsıldı: “Bu, faciədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu xəbərdən çox sarsıldım. Çox ağır itkidir. Bu, artıq faciədir. Xırda bir vəziyyətdə müdafiədə bu qədər itkilər veririksə, bu, nə deməkdir? Belə müdafiə qurularmı?"

Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov deyib. O, bunun səbəbinin mütləq şəkildə araşdırılmalı olduğunu bildirib:

"Səngərdə əsgər hazırlanmaz, əsgər təlim meydanlarında olmalıdır. Məsələnin baş verməsi səbəbi ilə bağlı fərziyyəm var, ancaq istəməzdim ki, onu ictimailəşdirək. Heyf itirdiklərimizə, inanmaq istəmədiyim itkidir. Bu, ola bilsin ki, Kəlbəcərə azərbaycanlıların bir neçə dəfə gizlin keçməsinə cavab olaraq erməni-rus kəşfiyyatının atdığı addım olsun. Ancaq bunların hamısı fərziyyədir. Dəqiq olan odur ki, ordumuzda ciddi problemlər var və bunun əsas səbəbkarı Müdafiə Nazirliyinin vəziyyəti düzgün qiymətləndirməməsidir".

Hərbi ekspert 11 itki verməyimizin həm dəhşətli bir fakt, həm də hərbi aləmdə utancverici reallıq kimi qiymətləndirildiyini bildirdi:

"Bir əməliyyatla 11 nəfərin ölməsi nə qədər acıdırsa, bir o qədər də utancvericidir. Həmin ərazidəki korpus, komandanlıq Müdafiə Nazirliyinin, Müdafiə Nazirliyi isə Baş Komandanlığın qarşısında məsuliyyət daşıyır bu fakta görə. Hərbinin qaydası belədir ki, qorxan tərəf heç zaman bu cür əməliyyat keçirməz. Nəinki əməliyyat keçirməz, heç güllə də atmaz. Fikirləşər ki, güllə ataram, qarşı tərəf məni məhv edər. Deməli, düşmən bizdən, hərbi qüdrətimizdən çəkinmir. Bütün parametrlərlə ermənilərdən qat-qat güclü olan ordumuzdan düşmən niyə qorxmur? Bunların səbəbi ordu rəhbərliyindədir".

İsa Sadıqov hücum edən tərəfin daha çox itki verdiyini də qabardıb:

"Hərbidən anlayışı olan hər adam bilir ki, daha çox itkini hücum edən tərəf verir. Biz 11 nəfər itirmişiksə, hücuma keçən ermənilər neçə nəfər itki verib? Müdafiə Nazirliyi niyə bu faktları açıqlamır? Niyə hələ də itkiləri hesablamaqla məşğuldur? Bu, nəyin hesablamasıdır axı? Diqqət edirsinizmi, istirahət günləri Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı xəbər də yaymır. Məgər, istirahət günləri atəşkəs pozulmur? İndi də yəqin iş gününün yeni başladığı əsas gətiriləcək. Düşmən gecə yarı hücuma keçibsə, Müdafiə Nazirliyi yatmayıb demək. Bəlkə, yatıb, ona görə hələ də xəbərləri dəqiqləşdirməklə məşğuldur? Bunlara aydınlıq gətirməlidirlər".

Tarix
2014.08.01 / 11:40
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla