Yuxarı

11 şəhidimizlə bağlı matəm elan ediləcəkmi? – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təqvimimizdə zatən matəm günləri qələbə günlərindən daha çoxdur. Ağlamaqdansa, matəm elan etməkdənsə, bu hadisələrə qarşı hazır olmalıyıq".

Bu sözləri Axar.az-a deputat Fazil Mustafa cəbhənin təmas xəttində 11 əsgərimizin şəhid olması ilə bağlı matəm elan edilməsi barədə danışarkən dedi.

Millət vəkili qeyd edir ki, matəm elən etməklə nəyisə həll etmək mümkün deyil:

"Baş verən hadisənin son dərəcə üzücü və ürək acıdıcı bir hal olduğunu hamımız görürük və bu, bütün ölkəni narahat edir. Həqiqətən də böyük itkidir. Allah şəhidlərimizin hər birini rəhmət etsin. Ancaq bu hadisələr qarşısında matəm elan etmək lazım deyil. Günümüzü ağlamaqla keçirməyə adət etməməliyik. Ağlamaqdansa, matəm elan etməkdənsə, bu hadisələrə qarşı hazır olmalıyıq. Matəm elan etmək çıxış yolu deyil".

F.Mustafa təklif edir ki, bu tip hallara hazır olmaq, hərbi xidmətə yola salınan gənclərdə silahla davranmaq qabiliyyəti formalaşdırmaq lazımdır:

"Orta məktəblərdə hərbi hazırlıq dərsləri bərpa edilməlidir. Bu gün hərbiyə gedən gənclərin əksəriyyəti yetkin səviyyədə silahla davrana bilmirlər. Xüsusilə yeni əsgərlər orduya gələnə qədər silahdan istifadə qaydasını bilməlidirlər. Bunu ciddi vərdişə çevirməlidirlər. Bu gün hərbi təhsil ortadan qalxıb. Hərbiyə maraq o qədər azalıb ki, gənc oğlanların əksəriyyəti qadın davranışlarını daha çox mənimsəyirlər. Hansısa sərt şərtlərə hazır olmurlar. Gənc oğlanlar arasında əlbəyaxa döyüş növünü, atıcılığı inkişaf etdirmək lazımdır ki, hərbiyə çağırılan gənclər hansısa vərdişlərə əvvəlcədən yiyələnmiş olsunlar".

Qeyd edək ki, cəbhənin Ağdam istiqamətində gedən atışma nəticəsində 11 əsgərimiz şəhid olub. Müdafiə Nazirliyi məlumatı təsdiqləsə də, ölənlərin sayı barədə konkret məlumat verməyib.

Tarix
2014.08.01 / 12:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla