Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2017


“Ordumuz ağır artilleriyadan istifadəyə keçməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Ordumuz ağır artilleriyadan istifadə etməklə hücuma keçməli, kəskin şəkildə cavab verməlidir".

Bu sözləri Axar.az-a millət vəkili Qüdrət Həsənquliyev cəbhənin təmas xəttində 11 əsgərimizin şəhid olması ilə bağlı informasiyanı şərh edərkən bildirdi.

Millət vəkili qeyd etdi ki, 11 əsgərimizin şəhid olmasına qarşılıq matəm elan etmək yox, ciddi cavab vermək lazımdır:

"Müharibə davam edir və müharibədə baş verən hərbi itkilərə görə matəm elan etmək yox, cavab vermək lazımdır. Bu, artıq kiçik insident deyil, Azərbaycana qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir. Ordumuz ağır artilleriyadan istifadə etməklə, hava hücumuna keçməklə kəskin şəkildə cavab verməlidir. Ordumuz torpaqlarımızı azad etmək gücündədir və ermənilər heç də atəşkəsin pozulması kimi qiymətləndirilməsi mümkün olmayan, əsl döyüş sayılan bu hücumun qarşılığını, müdafiə nazirinin dediyi kimi, on qat artıq almalıdır".

Q.Həsənquliyevin fikrincə, bu atışmalar müharibənin başlaması üçün bir qığılcımdır:

"Ancaq səbəbkar biz deyilik. Belə bir şəraitdə bu qədər əsgərimizin öldürülməsi ilə Azərbaycan barışa bilməz. Bu bizim növbəti dəfə Ermənistana uduzmağımız kimi qəbul ediləcək və onların daha da harınlamasına səbəb olacaq. Bu gün hansı istiqamətdə atəşkəs pozublarsa, ordumuz da bütün imkanlardan istifadə edərək o istiqamətdə hücuma keçməli, düşməni darmadağın etməlidir. Bu o demək deyil ki, atəşkəslə bağlı imzalanmış protokolu pozuruq, sadəcə, 11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Bizim cavabdan sonra onların atacağı addımla anlaşılacaq ki, atəşkəs tamamilə pozuldu, ya hələ də problemin sülh yolu ilə həllinə ümidlər var".

Q.Həsənquluyev baş verən hadisəyə səbəb kimi iki versiya irəli sürdü:

"Rusiyaya qarşı sanksiyalar qüvvəyə minir. Bu, təxribat da ola bilər. Rusiya Avropaya göstərmək istəyir ki, regionda yenidən sabitlik pozulacaq. Bir başqa səbəb isə Ermənistanda daxili vəziyyətin kifayət qədər acınacaqlı və kritikliyi ilə bağlıdır. Ermənistanda gərginlik, hökumət əleyhinə narazılıq artıb. Ölkə sürətlə boşalır. İğtişaşlar artmaqdadır. Hökumət əhalinin diqqətini sosial narazılıqdan yayındırmaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Əlbəttə, başqa səbəblər də istisna deyil".

Qeyd edək ki, cəbhənin Ağdam istiqamətində ermənilərin hücumu nəticəsində 11 əsgərimiz şəhid olub. Müdafiə Nazirliyi məlumatı təsdiqləsə də, ölənlərin sayı barədə konkret məlumat verməyib.

Tarix
2014.08.01 / 15:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ermənilər Ağdam ərazilərinə od vurdu

Nazir təyin edilən general Abbasov kimdir?

Azərbaycanda yeni nazir təyin edildi

İrəvan fakt qarşısında: BMT Qarabağı...

Ərdoğanın Bakı səfəri: Naxçıvanla bağlı mühüm - Plan

Trampı yalnız savaş xilas edə bilər

Misirdə Qafqaz Albaniyası haqda qədim mətnlər tapıldı

Ermənistan barbar siyasətini davam etdirir - XİN

Erməni ordusunda xaos: Sərkisyan çətin durumda

Baş konsul: Batumidəki partlayışda azərbaycanlılar...

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla