Yuxarı

“Sevil massivi”ndə aksiya: basçı müavini və rəis söz verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sevil massivi" MTK-nın rəhbəri Aynur Zeynalov və direktoru Elçin İsmayılovun həbsi camaatı ayağa qaldırıb. MTK-dan mənzil və torpaq alanların taleyinin qeyri-müəyyən qalması payçıları hərəkətə gətirib.

Axar.az-ın "Sevil massivi"ndən mülk almış vətəndaşlardan əldə etdiyi xəbərə görə, əmlak sahibi olan 70-dən çox vətəndaş Bakı-Şamaxı magistralını bağlamağa cəhd edib.

Aksiya keçirilən əraziyə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova və rayonun polis rəisi Şəhriyar Şəmşirli də gəlib.

Payçılar isə ya pullarının geri qaytarılmasını, ya da evlərinin tikintisinin davam etdirilməsini tələb ediblər. Sakinlər MTK rəhbərliyinin həbsi səbəbindən pullarının risk altına düşməsini yolverilməz sayıblar.

Qeyd edək ki, bu günə kimi paytaxtda onlarla MTK rəhbəri həbs olunub, minlərlə vətəndaş aldadılıb, bir mənzil bir neçə vətəndaşa satılıb, nəticədə də payçıların əksəriyyətinin pulu batıb.

Onlara nə məhkəmələr, nə Bakı Şəhər İcra Hakimiyyəti yardım edib. Ən qalmaqallı hadisə isə vaxtı ilə şoumen Murad Dadaşovun müəllifi və aparıcısı olduğu "Maşın şou" verilişində reklam etdiyi GEN MMC-də olub. Şirkət 377 vətəndaşı aldadıb, rəhbəri Elbrus Əliyev isə həbs edilib.

Bu sıraya "Muray", "Oskar", "Safari-N", "Olimpus", "Mur-Ay", "Orxan" və "Kamran- B.Ə." MMC-lərin adlarını da aid etmək olar. Statistikaya əsasən, hazırda ev fırıldağı qurbanlarının sayı 5 mini ötür.

Sakinlərin bu narahatlığına cavab olaraq İ.Gülməmmədova qeyd edib ki, avqustun 15-dək vətəndaşlar ya evlərinin tikintisinin davam edəcəyi, yaxud da pullarını geri alacaqları ilə bağlı məlumatlandırılacaqlar.

Payçılar da avqustun 15-dək gözləməyə razılaşıblar və aksiyanı dayandırıblar.

Tarix
2014.08.01 / 23:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla