Yuxarı

İlham Əliyev başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, idman xadimləri məşhur futbolçu Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Bununla bağlı imzalanan nekroloqda deyilir: "Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor Ələkbər Əmir oğlu Məmmədov ömrünün 85-ci ilində vəfat edib.

Ələkbər Məmmədov 1930-cu il may ayının 9-da Bakı şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Ələkbər Məmmədov 1948-1953-cü illərdə Bakının "Neftçi", 1954-1959-cu illərdə Moskvanın "Dinamo" və 1960-1962-ci illərdə yenidən Bakının "Neftçi" komandalarının tərkibində parlaq oyunları ilə məşhur futbolçu kimi tanınıb. O, 1958-ci ildə futbol üzrə ilk Avropa kuboku uğrunda seçmə yarışlarda SSRİ yığma komandasının heyətində çıxış edib, dünyanın iyirmidən artıq ölkəsinin stadionlarında əfsanəvi oyun nümayiş etdirərək futbolumuzun şərəfini yüksəklərə qaldırmış və Azərbaycan futbol məktəbini layiqincə təmsil edib.

Ələkbər Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq təqdirəlayiq fəaliyyət göstərib, respublikamızda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynayıb. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.

İdman sahəsindəki səmərəli fəaliyyətini pedaqoji işlə uğurlu şəkildə əlaqələndirən Ələkbər Məmmədov uzun illər ərzində respublikanın müxtəlif ali məktəblərində çalışmış, sağlam ruhlu yeni nəslin yetişdirilməsinə töhfələr verib.

Azərbaycan futbol tarixinə silinməz səhifələr yazmış Ələkbər Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunub. Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşıb. Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur hissi ilə doldurub.

Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlər göstərib. Bütün həyatını futbola həsr etmiş mahir idmançı ömrünün sonunadək ona sadiq qalmış, öz fədakarlığı və peşəkarlığı sayəsində idman həvəskarlarının dərin rəğbətini qazanıb.

Ələkbər Məmmədovun Azərbaycanda idmanın, xüsusilə futbolun inkişafında və gənc nəslin təlim-tərbiyəsində xidmətləri yüksək qiymətləndirilib. O, bir çox mükafatlar, orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan "Şöhrət" ordeninə layiq görülüb.

Görkəmli idman xadimi, əfsanəvi futbolçu, mahir pedaqoq və səmimi insan Ələkbər Əmir oğlu Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!"

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Azad Rəhimov
Mikayıl Cabbarov
Rövnəq Abdullayev
Ağacan Abiyev
Siyavuş Qarayev
Çingiz Hüseynzadə
Xəzər İsayev
Rauf Əliyev
Elşad Nəsirov
Yuri Kuznetsov
Kazbek Tuayev
Valeri Hacıyev
Mübariz Zeynalov
Yaşar Babayev
İqor Ponomaryov
İsgəndər Cavadov

Mərhumla vida mərasimi 2014-cü il avqust ayının 4-də saat 13:00-dan 15:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında (Fətəli xan Xoyski prospekti, 98) keçiriləcək.

AzərTac

Tarix
2014.08.02 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla