Yuxarı

Paşayeva bələdiyyə başqanları və valilərlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı parkı və abidəsinin açılışında iştirak etmək üçün Kocaelidə səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva, millət vəkili Sona Əliyeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası rəhbəri Bilal Dündar, Bakı şəhər Nəsimi rayon icra başçısının müavini Gülarə Verdiyeva, Azərbaycan qazisi Azər Quluyev, Göyçay şəhər bələdiyyə sədri, Bakı şəhər Nəsimi rayon bələdiyyə sədri Kocaeli bələdiyyə başqanı və millət vəkilləri ilə görüşüblər.

Axar.az xəbər verir ki, Q.Paşayevanın Kocaelidə Azərbaycan Cümhuriyyəti küçəsi və parkının açılması təklifini bələdiyyə başqanı dəstəkləyib. Q.Paşayeva Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü olduğunu da vurğulayaraq, bölgənin mərkəzi küçələrindən birinə Azərbaycan adının verilməsini və orada qoyulacaq lövhədə Azərbaycanla bağlı məlumatların əks olunması təklifi ilə çıxış edib. Bələdiyyə başqanı təklifi dəstəkləyib.

Q.Paşayeva görüşdə Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbir diləyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

“Azərbaycanın sevinci sevincimiz, üzüntüsü üzüntümüzdür” deyən bələdiyyə başqanı Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman dəstəyə hazır olduqlarını vurğulayıb.

Millət vəkilləri Q.Paşayeva və Sona Əliyeva həmçinin Körfəz bələdiyyə başqanı İsmayıl Baran, bölgənin rəsmi şəxsləri ilə də görüşüblər. Onlar Körfəzin mərkəzində Xocalı parkı və abidəsinin açılmasını həyata keçirən bələdiyyə başqanına təşəkkürlərini bildiriblər və bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyiblər.

Millət vəkili Q.Paşayeva Xocalı parkı və abidəsinin Körfez bölgəsində açılmasına dəstək olan və özünün yazdığı “Xocalı” şeiri ilə gənc nəsillərə örnək olan bələdiyyə başqanı İsmayıl Barana dosta və düşmənə böyük bir mesaj olan addımı üçün təşəkkür edib.

Körfəz bələdiyyə başqanı İsmayıl Baran Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq, bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib.

Qənirə Paşayeva və Sona Əliyeva həmçinin Kocaeli millət vəkilləri və valisi ilə də görüşüblər. Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib.

Qənirə Paşayeva görüş zamanı Kocaelidə təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək, onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.

Q.Paşayeva həmçinin Kocaelinin aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını cavablandırıb.

Tarix
2018.03.04 / 19:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla