Yuxarı

Komissiya yaradıldı: yeni valyuta... – Vahid Əhmədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriptovalyuta haqqında qanun layihəsinin hazırlanmasından hələ söhbət gedə bilməz.

Bu sözləri Axar.az-a Azərbaycanda “Kriptovalyuta ticarətinin nizamlanması haqqında” qanun layihəsinin tətbiqinin mümkünlüyü ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili kriptovalyutalarla əlaqədar komissiyanın yaradıldığını və hazırda dünya maliyyə bazarlarında, MDB və Avropa ölkələrində sözügedən valyuta ilə bağlı vəziyyətin öyrənildiyini bildirib:

“Komissiyanın məqsədi ilk növbədə kriptovalyutanın gələcəyinin daha çox nədən asılı olmasını öyrənməkdir. Məsələn, Çin hazırda bu valyutaya icazə vermir, ancaq bəzi dövlətlər kriptovalyutalardan istifadəyə müsbət yanaşıblar. Azərbaycan bazarı üçün kriptovalyutaya gedilməsi hələ ki, çox tezdir. O ki qaldı ölkədə kriptovalyuta haqqında qanun layihəsinin hazırlanmasına, bundan söhbət gedə bilməz. Çünki hələ Azərbaycanda kriptovalyutanın tətbiq edilməsinə ehtiyacın olub-olmaması araşdırılır”.

Millət vəkili hesab edir ki, kriptovalyuta gələcəyin əsas valyutası olacaq:

“10-15 ildən sonra kriptovalyuta inkişaf edəcək. Çünki informasiya texnologiyaları və kibernetika sahələri sürətlə inkişaf edir. Azərbaycanda da bu valyutadan istifadə edənlər və müəyyən qədər qazanc götürənlər var. Kriptovalyuta etibarlı valyuta deyil, sürətlə qalxıb-enə bilir. Ona görə də hələ bu valyutaya bel bağlamaq olmaz, ancaq gələcəkdə dünya bazarında fəaliyyət göstərməsi istisna edilmir”.

Tarix
2018.03.06 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla