Yuxarı

Casusun ölümü: Rusiya-Qərb qarşıdurması dərinləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sergey Skriptalın zəhərlənməsi olayı Rusiyanın imicinə böyük zərbə vuracaq. Bu zərbənin siyasi çalarları isə bütün hallarda Rusiyanın siyasətinə pis təsir edəcək.

Bu sözləri Axar.az-a Rusiya Hərbi Kəşfiyyatının keçmiş zabiti Sergey Skriptalın zəhərlənməsi olayını şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert baş vermiş hadisə fonunda Qərbdə Rusiya əleyhinə kəskin ictimai rəyin formalaşacağını düşünür:

“Belə olan halda isə siyasi dairələr, xüsusilə də Böyük Britaniya bundan maksimum istifadə edəcək. Əslində, Litvinenko, Skriptal, Berezovski, yaxud da Putinin qatı siyasi düşmənlərinin məhz Böyük Britaniyada gizlənməsi heç də təsadüfi deyildi. Yeri gəlmişkən, Berezovskinin ölümü ilə bağlı müəmmalı versiyalar var. Qərbi Avropa ölkələrindən Rusiyaya qarşı ən sərt mövqedə dayanan ölkə Böyük Britaniyadır. Bu ölkədə Rusiyanın imici olduqca mənfidir. Rusiya isə Böyük Britaniyaya mühacirlərin sığınacağı kimi baxır. Bu da müəyyən dərəcədə münasibətləri gərgin saxlayır”.

Politoloq qeyd edib ki, ABŞ Rusiya ilə Böyük Britaniya münasibətlərində yaşanan böhrandan xüsusilə yararlanmağa çalışacaq:

“Bu yaxınlarda Britaniya Baş naziri Tereza Mey Rusiyaya qarşı birgə cəhbə yaradılacağını və daha sərt addımların atılacağını bəyan etdi. Skriptal olayı isə Londonun sərt ritorikası üçün əlavə əsaslar yaradır. Ümumiyyətlə, son hadisə Rusiya əleyhinə çıxış edən qüvvələrin və siyasi dairələrin də işinə yarayacaq. Mənzərə isə aydındır: Rusiya ilə Qərb arasında qarşıdurma daha da dərinləşəcək və bunun da müxtəlif fəsadları olacaq. Baş verən son olay da elə bu fəsadlardan biridir”.

Rusiya Hərbi Kəşfiyyatının keçmiş zabitinə qarşı sui-qəsdin arxasında Rusiya kəşfiyyatının dayandığına gəlincə, ekspert bu barədə birmənalı fikir söyləməyin hələ tez olduğunu bildirib:

“Dünydakı bütün kəşfiyyatların işi müəyyən informasiya daşıyıcısı olan mənbəni neytrallaşdırmaqdır. Bu baxımdan baş vermiş olayda bilavasitə Rusiya xüsusi xidmət orqanlarının rolunun olması əsaslı görünə bilər. Lakin iş istintaqa cəlb olunmalı, sui-qəsd konkert dəlillərlə sübut olunmalıdır. Əks təqdirdə bu, elə fərziyyə olaraq da qalacaq”.

Qeyd edək ki, Rusiya hərbi kəşfiyyatının keçmiş zabiti Sergey Skripal qızı ilə London restoranlarından birində nahar zamanı zəhərlənib, hər ikisinin vəziyyəti kritikdir.

Britaniya XİN başçısı Boris Conson bu sui-qəsdin arxasında Rusiyanın dayandığı sübut ediləcəyi təqdirdə bu ölkədə keçiriləcək Futbol üzrə Dünya Çempionatından imtina ediləcəyini, bu addımın cavabsız qalmayacağını açıqlayıb.

Tarix
2018.03.08 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla